Suriya görüşündə nələr danışıldı? Zelenski açıqladı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
"Unikal" xəbər verir ki, bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Dəməşqdə iki görüş - Suriya Prezidenti Əhməd əl-Şara və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib.
"Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən bütün hadisələrə görə regiondakı vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığına qədər biz hər şeyi müzakirə edə bildik. Həmçinin ərzaq təhlükəsizliyi üzərində işləməyə davam edəcəyik", - deyə Zelenski əmin edib.
Prezident, həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. Zelenski səfər zamanı Ukrayna nümayəndə heyətini qarşılayan suriyalılara təşəkkür edib.
"Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Biz sabitliyi və inkişafı dəstəkləməyə davam etməyə hazırıq. Xalqlarımızı, ölkələrimizi və iqtisadiyyatlarımızı daha da gücləndirmək üçün birlikdə daha çox çalışacağıq", -deyə Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Aprel 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















