Icma.az
close
up
RU
Suriya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji xarakter daşıyır ŞƏRH

Suriya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji xarakter daşıyır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 iyul, AZƏRTAC

Bu gün Azərbaycanın coğrafi mövqeyi və iqtisadi potensialı onun həyata keçirdiyi xarici siyasətin yalnız Cənubi Qafqaz regionu ilə məhdudlaşmadığını göstərir. Yaxın Şərq ölkələri ilə qurulan tərəfdaşlıq münasibətləri isə Azərbaycanın bu bölgədə də fəal siyasət aparmasına şərait yaradır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində apardığı uğurlu bərpa və quruculuq işləri, habelə regionda sülhün təmin olunması ölkəmizə beynəlxalq arenada etimadı əhəmiyyətli dərəcədə yüksəldib. Hazırda Yaxın Şərqdə maraqlar toqquşması yaşayan ölkələr məhz dialoq və danışıqlar üçün Azərbaycana ehtiyac duyurlar. Bu baxımdan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri Azərbaycanın Yaxın Şərq regionunda əlaqələrinin daha da genişlənməsində sülhə və dialoqa, eyni zamanda, Suriyada bərpa və quruculuq işinə töhfə verməsində mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.

O qeyd edib ki, Suriya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Bu baxımdan da Azərbaycanın Suriyanın yenidən qurulmasında iştirakı Yaxın Şərq regionunda mövqelərimizin möhkəmlənməsi baxımından ölkəmizin maraqlarına cavab verir: “Şübhəsiz ki, Suriyada sabitliyin və sülhün qorunub saxlanmasında Azərbaycan strateji tərəfdaşımız olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir. Eyni zamanda, ölkəmizin digər strateji tərəfdaşı olan İsrailin də Suriyada maraqları olduğundan, Azərbaycan bu maraqları uzlaşdırmağa və bölgənin inkişafına töhfə verməyə çalışır. Enerji təhlükəsizliyi və qaz anlaşması baxımından Azərbaycan Prezidenti və Suriya Prezidenti arasında aparılan danışıqlar təkcə iki ölkənin maraqları baxımından deyil, ümumilikdə region üçün yeni perspektivlər vəd edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, bu gün bu missiyanı Yaxın Şərq regionunda da davam etdirir. Əlbəttə ki, burada təkcə enerji resurları deyil, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya, öz strateji tərəfdaşları ilə birgə hərəkət etməsi əsas amillərdən hesab oluna bilər. Bu, Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanındığını nümayiş etdirir. Eyni zamanda, zəngin enerji ehtiyatları üzərində formalaşan maraqlar və bu sahədə artan rəqabət beynəlxalq aktorların Azərbaycanla əməkdaşlığa daha çox önəm verməsinə səbəb olur. Beləliklə, Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda olduğu kimi, Yaxın Şərq bölgəsinə də fəal aktor kimi daxil olur, uzun müddət müharibə və dağıntılarla üzləşmiş Suriyanın yenidən qurulması və bərpasında, enerji təminatında, humanitar yardımların verilməsində fəal iştirak edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin xarici diplomatiyası, enerji resurları və humanitar imkanları ölkəmizin strateji maraqlar kəsb edən regionlarda sülhə, inkişafa və dialoqa xidmət edir”.

Vüqar Əhmədov vurğulayıb ki, Suriya ilə Azərbaycan arasında həm xalqlar, həm də dövlətlər səviyyəsində tarixən dostluq münasibətləri mövcud olub: “Suriyada daha konstrutkiv qüvvələrin hakimiyyətə gəlişi ilə bu əlaqələr müsbət məcrada inkişaf etməyə başlayıb. Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında yaranan səmimi münasibətlər ölkələrimiz arasında yenidən tərəfdaşlıq ələqələrinin inkişafına əsas yaradıb. Hazırda Azərbaycanla Suriya arasındakı münasibətlər Azərbaycanın Suriyanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək, habelə Azərbaycan qazının bu ölkəyə nəqli kontekstində aktuallıq qazanır. Həm Azərbaycan, həm Suriya öz ərazisində müharibə və dağıntılardan əziyyət çəkən ölkələr olub. Bu baxımdan Azərbaycan hər zaman ədalətsizliklərlə üzləşmiş ölkələrə dəstəyini göstərir. Şübhəsiz ki, Azərbaycanın belə mühüm beynəlxalq missiya ilə çıxış etməsi ölkəmizə olan qlobal etimad və inamı daha da gücləndirəcək. Eyni zamanda, onun Yaxın Şərqdə və İslam aləmində nə qədər mühüm bir ölkəyə çevrildiyini bir daha nümayiş etdirəcək. Məhz bu uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövləti həm Avropada, həm Mərkəzi Asiya arialında, həm Yaxın Şərq regionunda, o cümlədən müsəlman ölkələri arasında böyük hörmət və etimad qazanıb”, - deyə Vüqar Əhmədov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri