Icma.az
close
up
RU
Suriya müxalifəti dost və düşmən ölkələri açıqladı

Suriya müxalifəti dost və düşmən ölkələri açıqladı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tehran şəhər meriyasının orqanı kimi tanınan “Hamshahri Online” nəşri “The Times of Israel” qəzetinə istinadən Suriyada baş verən proseslərin gələcək inkişafı ilə bağlı diqqəti cəlb edən məlumat dərc edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə adıçəkilən İsrail media orqanı Azad Suriya Ordusunun komandirlərindən biri ilə telefon vasitəsilə açıqlama alıb. Silahlı müxalifətin nümayəndəsi Bəşər Əsəd rejimi devriləcəyi təqdirdə İsraillə gələcək münasibətlərin necə olacağına dair sualı cavablandırıb.  

Qeyd edilir ki, 60 yaşlarında olan həmin komandir Suriyadakı hazırkı hücumların məqsədini, müxalifətin Suriyanın gələcəyinə yanaşmasını və hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, İsraillə münasibətlərin perspektivini adının anonim saxlanılması şərtilə açıqlayıb.

“Biz İsrail də daxil olmaqla, bölgədəki hər kəslə dost olmağa hazırıq. 

Əsəd rejimi, “Hizbullah” və İrandan başqa düşmənimiz yoxdur. İsrailin Livanda “Hizbullah”a qarşı etdikləri bizə çox kömək etdi. İndi qalanını biz həll edəcəyik”-deyə Azad Suriya Ordusunun rəhbəri bildirib. 

“Biz İsraillə tam sülhə nail olacağıq və qonşu kimi birlikdə yaşayacağıq.

Suriyada vətəndaş müharibəsi başlayandan bəri biz İsrailə qarşı heç bir tənqidi bəyanat verməmişik. Qüdsü və Colan təpələrini (İsrail 1967-ci ildə Altı Günlük Müharibə zamanı Suriyadan ələ keçirib) azad etmək məqsədini bəyan edən “Hizbullah”dan fərqli olaraq, diqqət ondan xilas olmağa yönəlib. Söhbət Əsəddən və İran milislərindən xilas olmaqdan gedir”. 

Qəzet yazır ki, komandir müxaliflər hakimiyyətə gələrsə İsraillə dinc yanaşı yaşayacaqlarını və ola bilsin ki, İsrail və Amerikanın yenidənqurmada köməyi ilə bu regionu müharibə vəziyyətindən iqtisadi tərəqqi vəziyyətinə keçirəcəklərini deyib. 

“Bizim yolumuz İran və “Hizbullah”dan fərqli olacaq”-deyən Azad Suriya Ordusunun lideri müxaliflətin İsraillə əlaqəsinin olub-olmadığına dair suala dəqiq cavab verməyib:“Mən sadəcə olaraq deyirəm ki, biz “Hizbullah”a və İranın Suriyadakı infrastrukturuna etdiyi hücumlara görə İsrailə minnətdarıq. Ümid edirik ki, Əsədin devrilməsindən sonra İsrail Suriyanın bağçasına gül əkəcək və bölgənin xeyrinə Suriya xalqına dəstək verəcək”-komandir belə deyib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri