Suriyada PKK/YPG terrorçularının Rakka və Hələb arasında koridor yaratmaq cəhdinin qarşısı alınıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından NTV telekanalına bildirilib.
Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat “Azadlıq şəfəqi” adı altında həyata keçirilib.
Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.
Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 01 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















