Suriyanın ən böyük həbsxanası muzeyə çevriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyanın silahlı müxalifət lideri Əbu Məhəmməd əl-Culani Dəməşq yaxınlığında yerləşən "Seydnaya" həbsxanasını muzeyə çevirmək planlarını açıqlayıb.
Bu barədə RIA Novosti məlumat yayıb.
Əl-Culani bildirib ki, həbsxana məhbuslarının işgəncələrində iştirak edən hər kəs ədalət qarşısında cavab verməlidir.
Müxalifətin Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra minlərlə insan Suriyanın müxtəlif həbsxanalarından azad edilib. Əl-Culani əlavə edib ki, həbs olunanların əksəriyyəti qanunsuz şəkildə saxlanılıb, işgəncə və zorakılıqlara məruz qalıb.
"Seydnaya" həbsxanası Dəməşqin şimal-şərqində yerləşən, Suriyanın ən tanınmış və iri həbsxanalarından biridir. Son günlər minlərlə suriyalı həbsxananın divarları önünə toplaşaraq, yaxınlarının taleyi ilə bağlı məlumat almağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 13 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















