Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Yeni Suriyanın arxitektorları: Qətər və Türkiyə TƏHLİL

Yeni Suriyanın arxitektorları: Qətər və Türkiyə TƏHLİL

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 12-də Türkiyə və Qətərin kəşfiyyat rəisləri İbrahim Kalın və Xalfan əl-Kəəbi Dəməşqə səfər etmələri, orada keçirdikləri görüşlər kifayət qədər ciddi və mesajlarla yadda qaldı. Yaxın Şərqdə ciddi əhəmiyyətə və təsir gücünə malik hər iki ölkənin kəşfiyyat xidməti kimi strateji əhəmiyyətə malik vəzifə daşıyan hər iki rəsmisini əl-Qolani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirdi. İbrahim Kalın isə Türkiyə prezidenti Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək orada namaz qıldı.

Bu səfərin fonun da isə, ABŞ dövlət katibi Entoni Blinken də Ankaraya səfər edərək prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşdü. Yəni Suriyanın yenidən şəkilləndirilməsi prosesinə, yəni post-Əsəd dövrünə hazırlığa start verildi. Suriyanın həm siyasi, həm iqtisadi cəhətdən yenidən inşası prosesində isə Qətər və Türkiyə ön plandadır. Ankaranın təhlükəsizlik prioritetləri və Qətərin iqtisadi dəstəyi ilə yeni Suriya hökuməti regional inteqrasiyada mühüm irəliləyişlər əldə edə bilər. Bununla belə, keçmişdəki qarşıdurmalar və etimadsızlıq, bu prosesin qarşısında duran əsas maneələrdir. Realist və praqmatik yanaşma bu problemlərin aradan qaldırılmasında əsas olacaq.

Suriyada on ildən çox davam edən vətəndaş müharibəsi ölkəni yalnız fiziki və iqtisadi baxımdan deyil, həm də regional siyasi baxımdan dərin böhran vəziyyətinə gətirib. Post-Əsəd dövründə Suriyanın bərpası və reinteqrasiyası yalnız daxili siyasi dəyişikliklərlə deyil, həm də regional güclərin, xüsusilə Qətər və Türkiyənin əməkdaşlığı ilə sıx bağlı olacaq. Bu iki ölkənin Suriyanın gələcəyinə təsiri, həm müharibə dövründəki mövqeləri, həm də onların regional siyasət və iqtisadi maraqları ilə müəyyən olunur.

Həm Türkiyə, həm də Qətər Suriyanın siyasi sabitliyinin təmin edilməsini və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Post-Əsəd dövründə hər iki ölkə, daxili münaqişələrin sona çatmasını və ölkənin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir, əsla Suriyanın parçalanmasında maraqlı deyillər. Bu, regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq.

Həm Türkiyə, həm də Qətər İslam dünyasında daha geniş əməkdaşlıq və dialoq təşəbbüslərinə önəm verir. Post-Əsəd dövründə Suriyanın ərəb və müsəlman dünyasına yenidən inteqrasiyasında bu ölkələr strateji əhəmiyyətə malikdirlər.

Qətər Suriyanın Ərəb Liqasına qayıdışını dəstəkləyə bilər və ərəb ölkələri ilə əlaqələrin bərpasında vasitəçilik rolunu oynaya bilər. Türkiyə isə hələ də Suriyanın şimalında mümkün PKK/YPG terroruna qarşı mübarizədə yeni hökümətə dəstək verəcək, eyni zamanda daha çox təhlükəsizlik və sərhəd məsələlərinə fokuslanaraq, yeni hökumətlə əməkdaşlıq edəcək.

Digər məqam geoiqtisadi məqamlarla bağlıdır. Qətər zəngin təbii qaz ehtiyatları sayəsində geniş maliyyə resurslarına malikdir. Suriyanın infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi üçün Qətərin rolu əvəzsiz ola bilər. Türkiyə isə Suriyaya ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər. Xüsusilə Türkiyə ilə Suriya arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq. Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə çatmalı, ümumi uzunluğu isə 1500 kilometr olacaq Avropaya qaz kəmərinin çəkilməsi üçün artıq ciddi maneə yoxdur. Bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hələ 2009-cu ildə Bəşər Əsədə Suriyadan keçəcək qaz kəməri layihəsi təklif olunmuşdu, lakin rejimlə müttəfiq münasibətlərdə olan Rusiya və İran faktoru bu planın həyata keçməsinə mane oldu.

Şübhəsiz ki, hər iki, önəmli və kritik əhəmiyyətə malik bu diplomatik trafik müəyyən danışıqların getməsini, hətta mümkündür ki, bəzi razılaşmaların əldə edilməsindən xəbər verir. Diqqət edin: yenə də bu proseslər fonunda, Rusiyanın Suriyada baş verənlərə daha loyal və yumuşaq yanaşması, rəsmi Moskvanın nəzarətində olan media orqanları vasitəsi ilə ifadə olunmağa başladı. Buna paralel olaraq isə, əksinə İranın ali dini rəhbəri Ayətullah Xameneinin ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqladı. Yəni ortada mümkün razılaşmadan bu və ya başqa dərəcədə razı və narazı olanlar da artıq var.

Vüqar Zifəroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Dekabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri