Icma.az
close
up
RU
Suşi sifarişi üstündə dava düşdü, bacısı ilə kobud danışan kuryeri döydü

Suşi sifarişi üstündə dava düşdü, bacısı ilə kobud danışan kuryeri döydü

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhərində 24 yaşlı oğlan bacısı ilə kobud danışan şəxsə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 20-ci məhəllə, İzzət Sadıxov küçəsində yerləşən “Delfino” restoranında baş verib. 
2002-ci il təvəllüdlü Ruslan həmin restoranda işləyən Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Əlini üz nahiyyəsinə ardıcıl zərbələr vurub, ona xəsarətlər yetirib. 
Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, axşam saatlarında yaşadığı evdə olduğu zaman onunla eyni ünvanda yaşayan bacısı Nazilənin “Delfino” restoranından suşi sifariş verib:
“Həmin vaxt ona zəng edən kuryer heç bir səbəb olmadan bacıma səsini qaldıraraq kobud formada danışmağa başladı. Telefon mikrofonda olduğundan onların danışığını eşitdim. Telefonu bacımdan alaraq danışmaq istəyən zaman kuryer cavab verməyərək nömrəni qara siyahıya atdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məsələyə aydınlıq gətirmək məqsədilə “Delfino” restoranına gedib: “Orada bacımın telefonda kiminlə danışdığı şəxsin kim olduğunu soruşdu. İşçilər həmin şəxsə zəng edərək çağırdı. Mən kuryeri təklikdə söhbət etmək üçün kənara çəkdim. Aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə onun sifət nahiyyəsinə zərbə vurdum. O, zərbənin təsirindən arxa-arxaya gedərək dayandı. Mübahisənin daha da böyüməməsi üçün oradan ayrılaraq evə getdim”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib və onunla barışıb. 
Zərərçəkmiş Əli ifadəsində göstərib ki, şikayətçi olduğu Ruslanı əvvəllər tanımayıb: “Dörd ildir ki, kuryer fəaliyyəti ilə məşğulam. Məlum hadisə günü, axşam saatlarında restoranından suşi sifarişi aldım. Sifariş hazır olan zaman həmin nömrə ilə əlaqə saxladım, ünvanı dəqiqləşdirmək istədim. Cavab verən xanım heç bir səbəb olmadan mənimlə kobud danışdığı üçün ona irad bildirdim, artıq-əksik söz demədim. Problem yaranmaması üçün nömrəni qara siyahıya atdım, sifarişi tamamlamasını kuryer yoldaşımdan xahiş etdim”. 
Zərərçəkmiş şəxsin sözlərinə görə, bir neçə dəqiqədən sonra restorandan işçi ona zəng edib və bir nəfər şəxsin onunla görüşmək istədiyini bildirib: “Mən də restoranın qarşısına gəldim və həmin şəxslə görüşdüm. Sonradan adını bildiyim Ruslan özünü sifariş verən xanımın qardaşı olduğunu bildirdi. Biz söhbət etmək üçün kənara çəkildik. Ərazidə aramızda mübahisə yarandı. Ruslan mənim sifət nahiyyəmə yumruq zərbəsi endirərək oradan uzaqlaşdı. Sonradan polis bölməsinə şikayət vermək qərarına gəldim. Daha sonra isə onunla barışmışam. Ruslan mənə dəymiş ziyanı ödəyib. Ona qarşı hər hansı şikayətim yoxdur”. 
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Mart 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri