Icma.az
close
up
RU
Sxadadze: “Mövsümün sonuna kimi yatmaq yoxdur”

Sxadadze: “Mövsümün sonuna kimi yatmaq yoxdur”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Şəfa” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. “Araz-Naxçıvan”la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. “Şəfa” çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız I Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq”.

– Son dəqiqələrdə “Şəfa” hücumda oynayırdı. Rəqib sizi müdafiəyə çəkilməyə məcbur edirdi, yoxsa komandada arxayınlıq var idi?
– Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. “Şəfa” Premyer Liqa səviyyəsində komandadır.

– Kubokda “Qəbələ”nin perspektivini necə görürsüz?
– Kifayət qədər optimist yanaşıram. Kubokda da sona qədər mübarizə aparacağıq.

– Qışda heyəti gücləndirəcəksiz?
– Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik.

– Ardıcıl iki qələbə qazandınız. Bundan sonra rahat yatmaq olar?
– Mövsümün sonuna kimi yatmaq yoxdur. Kimdir məni yatmağa qoyan?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri