Icma.az
close
up
RU
Taleh Nəsibov: Dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacağıq MÜSAHİBƏ

Taleh Nəsibov: Dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacağıq MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan minifutbol federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Sportal.az saytına müsahibə verib.

- "Zirə" və "Birbaşa" komandalarının oyununu izlədiniz. İki favorit komanda qarşılaşdı və “Birbaşa” qalib gəldi. Matçı necə şərh edərdiniz?

Yaxşı oyun getdi. Hər iki tərəf də qələbəyə layiq idi. Heç-heçə daha ədalətli olardı. Hər iki komanda inkişaf edir. “Birbaşa” daha çox inkişaf edib. Bu da federasiyamızın uğurudur. “Birbaşa” Çempionlar Liqasının qalibi oldu. Gənclər və İdman naziri Fərid Qayıbov da onları qəbul etdi. Ölkəmizi layiqli təmsil etdiklərinə görə onlara təşəkkürnü bildirdi. Federasiyamızın prezidenti Orxan Məmmədov da orada iştirak edirdi. “Birbaşa”nın prezidenti Ramin Hacıyev də oradaydı. Çox yaxşı görüş alındı. Cənab nazirin göstərdiyi qayğıdan da razı qaldıq. 

Biz də öz növbəmizdə federasiyanın işlərini davam etdirir. Maksimum dərəcədə çalışırıq ki, buraxdığımız hansısa səhv addımları gələcəkdə düzəldək və federasiyanın işini uğurlu istiqamətdə yönəldək. Bunun üzərində işlər gedir. Hələ ki, pis alınmır, hər şey qaydasında gedir. Bura çempionatın gedişatı, canlı yayımların reallaşması, marketinq tərəfi, sosial şəbəkələrdəki iş, hamısı aiddir. Bizim federasiyalarla bağlı Gənclər və İdman nazirliyində iclas olur. Orada da daim bizi digər federasiyalara nümunə kimi göstərirlər. Federasiyamızın işi nazirlik tərəfindən yüksək qiymətləndirilir.

- Gələn il paytaxtımızda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Hazırlıqlar necə gedir?

Bəli, işlər görülür. Artıq başlamışıq kubok və medalların hazırlanması prosesinə. Dünya çempionatının keçiriləcəyi məkan bəllidir, Gimnastika Arenasında olacaq. Bu ay Gənclər və İdman nazirliyində böyük iclas keçiriləcək. Orada hər istiqamət üzrə nümayəndələr təyin olunacaq. Dünya çempionatında iştirak edəcək komandaların yerləşəcəyi məkanlar da bəllidir. Açılış və bağlanış tədbirlə bağlı da işlər davam etdirilir. Möhtəşəm tədbir keçiriləcək. Bu tədbir federasiyamızın prezidenti Orxan Məmmədovun da daim diqqətindədir. Çox istəyir ki, tədbir möhtəşəm və adımıza layiq olsun. Buna görə də, daim hər bir nöqtəsinə kimi maraqlanır, qiymət verir. Bu məsələyə həssas yanaşır. Biz də onun həssaslığını nəzərə alaraq, federasiya olaraq daha diqqətliyik. Yarışda 32 komanda iştirak edəcək. Avropa təmsilçiləri daha çox olacaq, Afrika və Amerika təmsilçiləri də həmçinin.

- Turnir öncəsi millinin baş məşqçisi ilə söhbətləriniz olub? Hazırlıq planı məsələsində...

Əlbəttə. Dünya çempionatından öncə yaxın ölkələrin birində turnirdə iştirak etmək istəyirik. Turnir Monteneqroda da ola bilər. Danışıqlar gedir. Görək də, hansı ölkədə turnir keçəcək. Ona uyğun da təlim-məşq toplanışı keçiriləcək. Əlbəttə ki, çalışırıq baş məşqçimiz Elşad Quliyevin istədiyi kimi etmək istəyirik. Toplanışın harada keçirilməsi onun seçimidir. Sonuncu dəfə Monteneqroda toplanışdaydıq, turnirdə də iştirak etmişdik. Şəxsən oranın ab-havası çox xoşuma gəlmişdi. Xırda turnir oldu, amma komandalar üçün vacib oyunlar idi. Toplanışın nəticələri bəlli oldu. Komandamız orada çempionluq əldə etdi. Baş məşqçimizin tövsiyyəsi nə olacaqsa, federasiya da əlindən gələni edəcək ki, komanda üçün bütün şəraiti yaratsın. Şərait yaxşı olanda, komanda da yüksək ruh göstərə və nəticə verərlər.

- Sonuncu dünya çempionatında dördüncü olduq. Bu dəfə ev sahibi olduğumuzu nəzərə alsaq, yəqin ki, hədəf ancaq çempionluqdur?

Əlbəttə. Asan məsələ deyil, dünya çempionatıdır, 32 komanda iştirak edəcək. Günü-gündən bütün komandalar güclənir. Biz də dayanmırıq, öz üzərimizdə işləyirik. Digər komandalar da həmçinin. Bizim məqsədimiz daim irəli ilə bağlıdır. Yüksək yerlər uğrunda mübarizə aparacağıq. Məncə, biz də favorit komandaların sırasındayıq. Allah qoysa, vaxtı gələndə vəziyyətə baxacağıq. Yaxşı olar.

- Minifutbol arenasının inşası nə yerdədir? 

Planımızda var. Sadəcə müəyyən daxili məsələlər var ki, tam olaraq cavabını tapmayıb. Onun üzərində işlər gedir. Amma federasiya olaraq, qarşımızda ən birinci məqsəd odur ki, Azərbaycan üçün böyük minifutbol bazası, arenası olsun. Ki, orada minfutbolun Çempionlar Liqasını, Avropa və dünya çempionatını istənilən vaxtı, istənilən ildə rahatlıqla qəbul edə bilək. Təbii ki, dünya minifutbol federasiyasının tam standartlarına cavab verən stadion olmasını istəyirik. Tennis akademiyasının arenası heç də geri qalmır. Sadəcə müəyyən ölçülər var ki, tam uyğun deyil. Xırda fərqlər var. Amma böyük beynəlxalq yarışların qəbul etmək üçün ora yaramır. Lakin hər halda, Azərbaycan reallığına görə çox gözəl arenadır. Biz də burada kifayət qədər yarışlarımızı, turnirlərimizi keçirək.

- Son illərdə minifutbolu dünyada daha çox maraq görür. FİFA tərəfindən minifutbolun tanınması baxımından irəliləyiş var?

Xeyr, hələ ki, yoxdur. Amma biz dünya minifutbolu və Avropa minifutbol federasiyalarının iclaslarında iştirak edirik. Yaxın gələcəkdə də Azərbaycanda bütün iclaslar keçiriləcək və mətbuat üçün açıq olacaq. Biz bütün iclaslarda bu məsələni qaldırırıq ki, ya Olimpiya idman növləri siyahısına qəbul olunsun və yaxud da FİFA, UEFA qəbul etsin. Bunun üzərində özləri də işləyirlər. Biz də öz tərəfimizdən nə kömək lazımdırsa, əlaqələrdən istifadə edirik, müəyyən danışıqlara gedirik. Sadəcə reallıqlar var. Beynəlxalq idman təşkilatı var ki, öncə onlar bu idman növünü tanımalıdır. Məhz bundan sonra FİFA, UEFA tanımalıdır. Onun üzərində hazırda işlər gedir. Minifutbol çox inkişaf edib. Avropada lap yüksək səviyyədə inkişafdadır. İşlər davam edir, gec-tezi var. Biz də Azərbaycanda bu idman növünü 2017-ci ildən bu yana gətirmişik. Yeddi il ərzində gördüyümüz işlər göz qabağındadır. Həm vəsait xərclənib, həm də orada böyük əməy qoyulub. Müəyyən həddə gətirib çıxarmışıq. Heç də başqa federasiyadan geri qalmırıq. Nə qədər adam burada çalışır, yarışır. Gənclərimiz sağlam həyat tərzindədir, pis vərdişlərdən uzaqdır. Bu, bizim üçün çox mühüm məsələdir, dəstəkləyirik. Bizim üçün ən böyük vacib olan məsələ də budur.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri