Icma.az
close
up
RU
“Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərində işləyirlər”

“Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərində işləyirlər”

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” Misli Premyer Liqasının 4-cü turunda öz meydanında “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi.

Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? “Benfika” ilə matçda onu meydanda görəcəyik?

– Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, “Benfika”ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.

– Nəriman Axundzadənin vəziyyəti necədir?

– Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.

– “Qarabağ” Ramil Şeydayevlə anlaşıb?

– Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, ‘Neftçi’dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq.

– Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiz?

– Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.

– Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?

– Mən də şablon cavab verim? Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.

– Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununlaa bağlı nə deyə bilərsiniz?

– Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.

“Benfika”nı gözucu təhlil etmisiz?

– Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq. (sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri