Tanınmış rejissor həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
İranlı rejissor və ssenarist Cəfər Pənahi onu gözləyən həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu rejissor “The Hollywood Reporter”ə müsahibəsində deyib.
Filmlərində İran hökuməti əleyhinə təbliğat aparmaqda ittiham olunan Cəfər Pənahinin ölkədən çıxmasına 10 ildən çox müddət ərzində qadağa qoyulub. Qadağa aradan qaldırıldıqdan sonra isə o, 2023-cü ildə İranı tərk edib.
Bundan sonra rejissor Ötən il 78-ci Kann Film Festivalında Qızıl Palma Budağı mükafatına layiq görüldüyü son filmi “Bir sadə qəza”ya görə bu dəfə qiyabi olaraq həbs edilib.
Rejissorun vətənə qayıdacağı təqdirdə saxlanılacağı istisna edilmir.
O, bu filmin istehsalında özünün İranda həbsxanada olduğu dövrdən və burada tanış olduğu insanlardan ilhamlanıb. Filmdə etirazlar zamanı həbs olunan şəxslərə qarşı yönəlmiş zorakılıqdan və onun fəsadlarından bəhs olunur.
Qeyd edək ki, Cəfər Pənahi hazırda İranda davam edən etiraz aksiyalarına da dəstəklədiyini bildirib.
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır "Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı Kamal Abdullanın yeni kitabı çap olundu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















