Icma.az
close
up
RU
“Tanklarımız Bakıya girəcək” deyən məşhur erməni kim idi? VİDEO

“Tanklarımız Bakıya girəcək” deyən məşhur erməni kim idi? VİDEO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsi ərəfəsində bəzi ermənilər Azərbaycanı təhdid edirdilər. Onlar deyirdilər ki, Azərbaycan Qarabağı işğaldan azad etməyə qalxsa, erməni tankları Bakı küçələrində olacaq, özləri isə Bakıda çay içəcəklər.
Bu cür “cəsarətli” bəyanatlar verənlərin başında tanınmış erməni rejissor, Birinci Qarabağ müharibəsinin iştirakçısı Arşak Zakaryan gəlirdi. Məhz o, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğal altındakı torpaqlarımızda çəkdirdiyi videoda azərbaycanlıları aşağılamağa çalışaraq, müharibə başlasa, Bakıya kimi gələcəklərini söyləmişdi.
Zakaryan və digər özündənrazı ermənilər o zaman bu sözləri deyəndə elə düşünürdülər ki, “Bakıya gəliş planı” xəritə üzərindəki bir oyun kimi asandır. Amma İkinci Qarabağ müharibəsi sübut etdi ki, xəritə ilə gerçəklik tamam fərqli şeylərdir!
Ötən həftə - noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu məsələni xatırladaraq, revanşistələrə öz mesajını verdi:

“İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmış, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.
Azərbaycan Prezidentinin dediyi kimi, işğalçıların “Bakıya gəlmək arzusu” gerçəkləşdi, amma bir fərqlə. Erməni tankları Bakıya vurulmuş, tırtılsız, lüləsiz və Azərbaycan Ordusunun qələbəsinin nişanəsi kimi gətirildi! Onlar Bakıdakı Hərbi Qənimətlər Parkında eksponat kimi yerləşdirilib.
Yaxın tarixdə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan kimilər isə doğrudan da bu gün paytaxtımızda çay içirlər. Sadəcə fərqli mənzərə ilə - istintaq təcridxanasında, dəmir barmaqlıqlar arxasında, Azərbaycanın qanunları qarşısında.
Modern.az-ın məlumatına görə, erməni jurnalistlər bu günlərdə rekissor Arşak Zakaryanı axtarıb taparaq onu yenidən danışdırmaq istəsələr də, cavab ala bilməyiblər.
“Tanklarımız Bakıya girəcək deyən” Arşak Zakaryan susub, Bakıda keçirilən Zəfər paradına münasibət bildirmək istəməyib. İşğal dövründə “Ermənistanın Milli Qvardiyası” adlı ictimai təşkilat yaradan Zakaryan Qarabağa həmişəlik sahibləndiklərini düşünməklə səhv etdiyini indi anlayıb.
Xatırladaq ki, Arşak Zakaryan Kəlbəcər işğal altında olarkən orada restoran - istirahət mərkəzi tikmiş, böyük biznes quraraq 30 il ərzində külli miqdarda qazanc əldə etmişdi. Videosunda yol nişanını göstərib Azərbaycanı hədələyən, “bu torpaqlar bizimdir, Bakını da alacağıq” deyən Zakaryan Kəlbəcər işğaldan azad olunanda aciz duruma düşən arvad kimi ağlamışdı. Bunu ağaşıdakı videoya sonadək baxmaqla görmək olar:
 


Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri