Icma.az
close
up
RU
“Tanklarımız Bakıya girəcək” deyən məşhur erməni kim idi? VİDEO

“Tanklarımız Bakıya girəcək” deyən məşhur erməni kim idi? VİDEO

Icma.az, Modern.az saytına istinadən bildirir.

İkinci Qarabağ müharibəsi ərəfəsində bəzi ermənilər Azərbaycanı təhdid edirdilər. Onlar deyirdilər ki, Azərbaycan Qarabağı işğaldan azad etməyə qalxsa, erməni tankları Bakı küçələrində olacaq, özləri isə Bakıda çay içəcəklər.
Bu cür “cəsarətli” bəyanatlar verənlər başında tanınmış erməni rejissor, Birinci Qarabağ müharibəsinin iştirakçısı Arşak Zakaryan gəlirdi. Məhz o, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğal altındakı torpaqlarımızda çəkdirdiyi videoda azərbaycanlıları aşağılamağa çalışaraq, müharibə başlasa, Bakıya kimi gələcəklərini söyləmişdi.
Zakaryan və digər özündənrazı ermənilər o zaman bu sözləri deyəndə elə düşünürdülər ki, “Bakıya gəliş planı” xəritə üzərindəki bir oyun kimi asandır. Amma İkinci Qarabağ müharibəsi sübut etdi ki, xəritə ilə gerçəklik tamam fərqli şeylərdir!
Ötən həftə - noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu məsələni xatırladaraq revanşistələrə öz mesajını verdi:

“İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.
Azərbaycan Prezidentinin dediyi kimi, işğalçıların “Bakıya gəlmək arzusu” gerçəkləşdi, amma bir fərqlə. Erməni tankları Bakıya vurulmuş, tırtılsız, lüləsiz və Azərbaycan Ordusunun qələbəsinin nişanəsi kimi gətirildi! İndi onlar Bakıdakı Hərbi Qənimətlər Parkında eksponat kimi yerləşdiriliblər.
Yaxın tarixdə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan kimilər isə doğrudan da bu gün paytaxtımızda çay içirlər. Sadəcə fərqli mənzərə ilə - istintaq təcridxanasında, dəmir barmaqlıqlar arxasında, Azərbaycanın qanunları qarşısında.
Modern.az-ın məlumatına görə, erməni jurnalistlər bu günlərdə rekissor Arşak Zakaryanı axtarıb taparaq onu yenidən danışdırmaq istəsələr də, cavab ala bilməyiblər.
“Tanklarımız Bakıya girəcək deyən” Arşak Zakaryan susub, Bakıda keçirlən Zəfər paradına münasibət bildirmək istəməyib. İşğal dövründə “Ermənistanın Milli Qvardiyası” adlı ictimai təşkilat yaradan Zakaryan Qarabağa həmişəlik sahibləndiklərini düşünməklə səhv etdiyini indi anlayıb.
Xatırladaq ki, Arşak Zakaryan Kəlbəcər işğal altında olarkən orada restoran - istirahət mərkəzi tikmiş, böyük biznes quraraq 30 il ərzində külli miqdarda qazanc əldə etmişdi. Videosunda yol nişanını göstərib Azərbaycanı hədələyən, “bu torpaqlar bizimdir, Bakını da alacağıq” deyən Zakaryan Kəlbəcər işğaldan azad olunanda aciz duruma düşən arvad kimi ağlamışdı.


Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri