Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Tarix içində tarix Türkan Turan yazır

Tarix içində tarix Türkan Turan yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkan TURAN

Atatürk Kültür Mərkəzi

İstanbulun ən qaynar nöqtələrindən və simvola çevrilmiş yerlərindən biri Taksimdir. Bu meydanın əsas tamamlayıcısı abidələrindən sayılan məkanlardan biri isə Atatürk Kültür Mərkəzidir. Tarixi boyu dəfələrlə ad dəyişikliyinə məruz qalan mərkəzin hekayəsi 89 il əvvəl başlayır. Belə bir abidənin inşa edilməsi təklifini ilk dəfə 1936-cı ildə memar Henri Prost irəli sürür və indiki yerində, Gəzi parkının yanında tikilməsinin daha uyğun olduğunu bildirir...

İsmət İnönü təklifi qəbul edir və təsdiqləyir.

Başlanğıc və son

1940-cı ilə qədər indiki Gəzi Parkı və Taksim meydanının olduğu bu ərazidə Topçu qışlası və qəbiristanlıq mövcud idi. Ancaq hər ikisi 1930-cu illərdə İstanbulun şəhər planının yenilənməsi ilə yox edilir və yerində Gəzi parkı və Taksim meydanı salınır. Binanın təməli memar Rüknəddin Güney və Firudun Kipin ortaq dizaynı əsasında o vaxtkı İstanbul valisi Lütfü Kırdar zamanında - 1946-cı ildə qoyulur. Uzun sürən inşa dönəmindən sonra 1969-cu ildə açılışı edilir. İstanbul Kültür Sarayı adlanan bina açılışdan cəmi bir il sonra baş verən böyük yanğın nəticəsində istifadəyə yararsız vəziyyətə düşür. Aradan səkkiz il keçir, bina təmir edilir və yenidən açılışı olur. Elə o vaxtdan başlayaraq 2000-ci illərə qədər xidmət göstərməyə davam edir. Beş il sonra ilk dəfə, o dönəmin mədəniyyət naziri olan Atilla Koç abidənin ömrünü tamamladığını irəli sürərək dağıdılması məsələsini gündəmə gətirir. Mübahisələr böyüdükcə böyüyür, sonda binanın sağlam olmadığına qərar verilir və qapadılır. Hətta bu qərarın ardından bütün etirazlara və mədəniyyətin əsas parçası olmağına rəğmən, 2018-ci ildə tamamilə dağıdılır. Çünki mərkəzin təmir xərci 110 milyon dolları aşırdı. Bu məbləği təmirə xərcləməyin məntiqsiz olduğunu deyən nazir, binanı tamamilə dağıdıb yerində yeni mərkəz tikməyin daha doğru olacağını deyir. Bu dəfə memarlıq işi abidənin əvvəlki memarı olan Hayati Tabanlıoğlunun oğlu memar Murat Tabanlıoğluya tapşırılır. Bina bu dəfə kültür mərkəzi kimi açılır.

IV Muradın yanan kaftanı

İlk tikildiyi gündən abidədə işlər həmişə ləng gedib. Məsələn, ilk inşa müddəti 23 il sürür, bu isə kifayət qədər uzun müddət hesab olunur. Səbəb kimi maddi imkansızlıqlar, bürokratik əngəllər göstərilirdi. Opera binası kimi tikilən abidə 23 il sonra memar Hayati Tabanlığolu tərəfindən yenidən dizayn edilir və kültür sarayı kimi fəaliyyət göstərməsi fikri üstünlük qazanır. Amma çox keçmir "saray" sözü gündəmə gəlir: "Bir halda ki Padşah sarayı, Vəzir sarayı, Sultan sarayı tarixin yaddaşına köçüb, Opera binası niyə saray olmalıdır" fikri ətrafında müzakirələrin ardı-arası kəsilmir. Gündəm bu müzakirələrlə çalxalanarkən 1970-ci ildə Artur Millerin əsəri əsasında hazırlanmış tamaşa zamanı baş verən yanğında İstanbul Kültür Sarayı istifadəyə yararsız hala gəlir. Doğrudur, yanğında ölüm olmur. Amma "IV Murat" tamaşası üçün Topqapı sarayından gətirilən kaftan, qədimi Quran kitabı və IV Muradı əks etdirən orijinal tablo bu yanğında kül olur. Bu hadisədən sonra abidə yenidən inşa edilir və "saray" kəlməsi "mərkəz"lə əvəzlənir.

Modern və qədim

Bu günə gəldikdə isə, abidə modern görünüşə, fərqli əzəmətə və çoxşaxəli istifadə imkanlarına sahibdir. Mərkəzdə teatr, uşaq sineması, sənət qalereyası, səhnə və idarəçilik blokları və s. var.

Görünən odur ki, oğlu Murat Tabanoğlu atası Hayati Tabanoğlunun bəzi çertyojlarına sadiq qalıb. Çünki yeni əsas və böyük zal vaxtilə Hayati Tabanoğlunun dizayn etdiyi şəkildə inşa edilib, sadəcə iki balkon əlavə olunub. Bu da zalın əsas qismində 892, birinci balkonda 230, ikinci balkonda isə 195 tamaşası yerinin açılması deməkdir. Zalın pramidaya bənzər üçbucaq tavan qatı xüsusi işıqlandırma ilə göz oxşayır. Böyük zalın içəri divarlarında və çölündə seramiklərdən istifadə edilib. Zalın səhnə genişliyi 12 ilə 17 metr arasında dəyişdiyinə görə, opera, teatr, konsert və fərqli səhnə performansları üçün əlverişlidir.

Bununla yanaşı, binada ayrıca konsert zalı da var. Böyük zalın altında yerləşən konsert zalında oturmaq üçün 530, ayaq üstə durmaq üçün isə 200 nəfərlik yer var. Zalın tavanı meşə ağacı ilə örtülüb və diqqəti dərhal cəlb edir. Konsert zalı ilə eyni mərtəbədə olan teatr zalı isə 300 nəfər üçün nəzərdə tutulub. Uşaq tetatr binası 294 nəfərlikdir. Kukla, qaragöz, film seyri üçün açıqdır. Abidənin sərgi salonları da var. Demək olar ki, şəhərin ən mötəbər sərgiləri burada təşkil edilir. Daha əvvəl bir neçə sərgini ziyarət etmişəm. Vaxtaşırı da etməyə çalışıram. Onlardan mənim üçün ən yaddaqalanı Pikasso və Refik Anadolun sərgisi idi.

Atatürk Kültür Mərkəzi ümumilikdə 1000 kvadratmetrlik ərazini əhatə edir. Abidənin girişi 51 metr genişlikdədir. Önü şüşə ilə örtülüdür. Şüşənin önündə isə bir metrlik ara məsafələri ilə qalın dəmir barmaqlıqlar mövcudur. Boz rəngli bu bina darıxmağa və sıxılmağa əsla imkan vermir. İşin ən maraqlı tərəfi də odur ki, ən yaxşı qəhvəxanalar da burada açılıb. Özü də yan-yana. Yəni monopoliya yoxdur, seçim çoxdur, hamısı da bütün gün doludur.

Vitali Hakko kitabxanası

Mərkəzin ən sehrli, başgicəlləndirici yerlərindən biri də kitabxanadır. Qurulduğu gündən moda və sənətin parçası olan Vakko markası buradakı kitabxananın memarıdır. İlk dəfə moda markası tərəfindən qurulan "Vitali Hakko Kreativ kitabxanası" kreativ görkəmi ilə insanı ovsunlayır. Kitabxana Vakkonun qurucusu Vitali Hakkonun xatirəsinə oğlu Cem Hakko tərəfindən 2011-ci ildə qurulub. Atatürk Kültür Mərkəzi açıldığı gündən isə kitabxana Kültür və Turizm Nazirliyinin icazəsi ilə buraya köçüb. Burada dünyanın ən prestejli nəşriyyatlarına məxsus on beş min kitab var. Kitabxanada vaxtaşırı şairlərlə, yazarlarla, elm adamları ilə görüşlər təşkil edilir. İçəri tamamilə taxta ilə əhatələnib. Bu da abidəyə ciddi fərq və daha parlaq işıqlanma qatır.

Tərtəmiz, modern, əzəmətli, işıqlı, fərqli dizaynla insana gəl-gəl edən bu mərkəzin yanından etinasız ötüb keçmək günah olar. İstanbula gələn hər kəsin yolu onsuz da Taksimdən keçir. Ona görə də, imkanı olan 2 dəqiqəlik məsafə qət edib buranı ziyarət edə bilər. Məsələn, qəhvəni ağızın dediyini qulağın eşitmədiyi İstiklal caddəsi yerinə burada içmək, üstəlik də, sərgiləri ödənişsiz gəzmək bir başqa aləmdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri