Icma.az
close
up
RU
Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də bu baxımdan xüsusi məna daşıyır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, eyni günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi heç də təsadüfi deyil:

“Əslində bu iki tədbir Azərbaycan dövlətinin tarixə, milli-mənəvi irsə, Türk dünyasının birliyinə və İslam həmrəyliyinə münasibətinin bir-birini tamamlayan istiqamətlərini ifadə edir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz dahi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə hər zaman fəxr edir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələrin göstəricisidir. Bu şəxsiyyətlərin hər biri yalnız öz dövrünün deyil, bütün bəşəriyyətin mənəvi xəzinəsinə daxil olmuş dəyərlərin daşıyıcısıdır. XV əsrdə yaşamış və yaratmış Seyid Yəhya Bakuvi də həmin böyük mənəvi məktəbin nümayəndələrindəndir. Onun irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Xüsusilə dünyada qarşıdurmaların, parçalanmaların və dini ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Bakuvi irsindəki mülayimlik, mənəvi kamillik, insan ləyaqətinə hörmət və həmrəylik ideyaları xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə Yəhya Bakuvi Beynəlxalq Konfransının Türk dünyasının dini liderlərinin toplantısı ilə eyni vaxtda keçirilməsi dərin simvolik məna daşıyır. Bir tərəfdə əsrlərin sınağından çıxmış mənəvi irs, digər tərəfdə isə müasir dövrdə həmin irsin daşıyıcıları olan xalqların və dövlətlərin birliyinə çağırış var”.

Deputat bildirib ki, Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm də Qafqazın mühüm dövlətidir: “Möhtərəm Prezident İlham Əliyev çıxışında Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkərək Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd etdi. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın mövqeyi Türk dünyası ilə Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakıda Türk dünyasının, Şimali Qafqazın, Gürcüstanın və digər müsəlman ölkələrinin dini liderlərinin bir araya gəlməsi də məhz həmin tarixi və mənəvi bağların müasir müstəvidə davamıdır. Belə görüşlər yalnız dini məsələlərin müzakirə edildiyi platformalar deyil. Bunlar həm də sülhün, qarşılıqlı hörmətin, humanizmin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm imkanlardır. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr isə artıq konkret əməli fəaliyyətlərlə müşayiət olunur. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşırdı. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin İslam dünyasında fəal və birləşdirici rolunun daha bir göstəricisidir”.

Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına Azərbaycanın 30 il ərzində üzləşdiyi işğalın ağır nəticələri və hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunub. Dövlətimizin başçısı işğal illərində şəhər və kəndlərimizin dağıdıldığını, insanların öz doğma torpaqlarından didərgin salındığını, məscid və digər dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Eyni zamanda, bu gün həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını və Qarabağın yenidən dirçəldiyini bildirib: “Xalqımız 30 il ərzində işğalın ağır nəticələri ilə üzləşib.İşğal illərində Azərbaycanın tarixi və dini-mədəni irsinə də böyük zərbə vurulub. Qarabağ və Şərqi Zəngəzurda məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb və təhqir edilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, 65 məscid Ermənistan tərəfindən tamamilə dağıdılıb, digər məscidlərə də ciddi ziyan vurulub. Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamələri qəbul olunsa da, uzun illər ərzində onların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə vermədi. Daha da təəssüf doğuran məqam ondan ibarət idi ki, bəzi dövlətlər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmadılar. Ermənistanın işğalına görə ciddi təzyiqlərlə üzləşməməsi, Azərbaycana isə sonrakı dövrdə fərqli münasibət göstərilməsi beynəlxalq münasibətlərdə ikili standartların olduğunu göstərirdi. Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək Avropa Parlamentinin Azərbaycana münasibətini, Ermənistanın işğalı dövründəki mövqeyini kəskin tənqid etdi. Azərbaycan bütün bu illərdə öz haqq səsini dünyaya çatdırdı. Lakin nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi öz gücümüz hesabına bərpa etdik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm Zəfərlə Azərbaycan uzun illər davam edən ədalətsizliyə son qoydu”.

S.Salmaniva söyləyib ki, bu gün vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, kəndlərimiz bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar: “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. Qarabağın dirçəlişi yalnız tikinti-quruculuq işlərindən ibarət deyil. Burada Azərbaycanın milli-mənəvi irsi də bərpa olunur. İşğal zamanı dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət yerlərinin tikilməsi bunun ən mühüm göstəricilərindəndir”.

Deputat sonda qeyd edib ki, Azərbaycan bu gün sülh tərəfdarıdır. Ermənistanla münasibətlərin normallaşdırılmasını və regionda davamlı sülhün bərqərar olmasını istəyir. Lakin sülh keçmişi unutmaq demək deyil: “Xocalı soyqırımı, dağıdılmış şəhər və kəndlərimiz, məhv edilmiş məscidlərimiz, doğma torpaqlarından didərgin salınmış insanlar xalqımızın yaddaşında daim yaşayacaq. Azərbaycan öz tarixini və dəyərlərini qoruyaraq gələcəyə doğru gedir. Biz Zəfərimizi unutmuruq, itkilərimizi unutmuruq, amma eyni zamanda sülh və əməkdaşlıq üçün yeni səhifə açmağa çalışırıq. Əsas məqsəd isə bölgədə davamlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin edilməsidir”.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri