Icma.az
close
up
RU
Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Çorum şəhərində yerləşən Hattuşa Arxeoloji Sahəsində təxminən 3200 il əvvələ aid mixi yazılı lövhənin fraqmenti aşkarlanıb. Elmi araşdırmalar tapıntının Het kralı III Hattusili ilə Misir fironu II Ramzes arasında bağlanan Kadeş Sülh Müqaviləsinin Akkad dilindəki nüsxələrindən birinə aid olduğunu müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, kəşfi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 21 sentyabr – Dünya Sülh Günündə açıqlayıb.

Lövhə Hattuşanın kral qalası kimi tanınan Böyükkaledə, E strukturu yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Tədqiqatçılar təxminən bir il ərzində yazıları araşdırdıqdan sonra onun Kadeş Sülh Müqaviləsinə aid olduğunu müəyyənləşdiriblər.

Fraqmentdə oxuna bilən sətirlər müqavilənin 12-20-ci maddələrindəki müddəalarla uyğunluq təşkil edir. Yazılarda Misirdən Het torpaqlarına və ya əksinə qaçan şəxslərin geri qaytarılması, eləcə də, insanların evlərinin dağıdılmasının qarşısının alınması ilə bağlı qaydalar yer alır.

Fraqment natamam olduğundan sənədin tam mətnini oxumaq mümkün deyil. Yeni tapıntının tam akademik transkripsiyası və tərcüməsi də hələ dərc olunmayıb. Mütəxəssislər bu müddəaların müasir mənada “qaçqın qanunu” və ya “sığınacaq hüququ” kimi qiymətləndirilməsinin düzgün olmadığını, onların iki hökmdar arasındakı diplomatik öhdəlikləri əks etdirdiyini bildirirlər.

Kadeş Sülh Müqaviləsinin əsasında Misir və Het imperiyaları arasında Şərqi Aralıq dənizinə, xüsusilə indiki Suriya ərazilərinə nəzarət uğrunda uzunmüddətli mübarizə dayanıb.

Eramızdan əvvəl təxminən 1274-cü ildə II Ramzesin rəhbərlik etdiyi Misir ordusu ilə Het kralı II Muvatallinin qüvvələri Kadeş yaxınlığında döyüşüb. Tərəflərdən heç biri qəti qələbə qazana bilməyib.

Təxminən 15 il sonra II Ramzeslə II Muvatallinin varisi III Hattusili arasında rəsmi sülh müqaviləsi imzalanıb. Təxminən eramızdan əvvəl 1259-cu ilə aid edilən müqavilə iki imperiya arasında dinc münasibətləri, qarşılıqlı yardımı və qaçan şəxslərin geri qaytarılması ilə bağlı öhdəlikləri nəzərdə tutub.

Müqavilənin orijinalının gümüş lövhələr üzərində yazıldığı məlumdur. Bu lövhələr günümüzə qədər gəlib çatmasa da, mətn Misir və Het mənbələrində qorunub. Misir versiyası məbəd divarlarına heroqliflərlə həkk olunub, Het arxivlərində isə Akkad dilində gil lövhə nüsxələri aşkarlanıb.

Kadeş Müqaviləsinə aid ilk gil lövhə fraqmentləri 1906-1912-ci illərdə Hattuşada aparılan qazıntılar zamanı tapılıb. Müqavilənin müxtəlif fraqmentləri hazırda İstanbul, Ankara, Berlin və Sankt-Peterburqdakı muzeylərdə saxlanılır. Nüsxələrdən biri Nyu-Yorkdakı BMT Baş Qərargahında da nümayiş etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 03:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri