Icma.az
close
up
RU
Tarixini yaşadan xalq gələcəyini qurur POLİTOLOQ DANIŞDI

Tarixini yaşadan xalq gələcəyini qurur POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Hər bir xalq öz tarixini yaşatmaqla gələcəyini qurur. Tarixini unudan xalqın gələcəyi ola bilməz. Azərbaycan xalqının tarixi çox zəngindir və ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan memarlıq abidələri də bunun bariz nümunəsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, belə tarixi abidələrdən biri də Naxçıvanda yerləşən Möminə Xatun türbəsidir:

"Türbənin üzərindəki kitabədəki məlumata görə, bu möhtəşəm abidə 1186-cı ildə inşa edilib. Abidənin özünəməxsus memarlıq quruluşu həmin dövrdə Azərbaycanda yüksək səviyyəli, təcrübəli memarların və zəngin memarlıq ənənələrinin mövcud olduğunu göstərir.

Möminə Xatun türbəsi Atabəylər memarlıq kompleksinə daxil olan mühüm memarlıq abidəsidir. Abidə zaman-zaman qorunaraq bu günümüzə qədər gəlib çatıb. Bu gün də onun qorunması dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Türbə 1998-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Azərbaycanın müxtəlif bölgələrində bu cür zəngin tarixi və mədəni irs nümunələri mövcuddur. Azərbaycan dövləti, o cümlədən Prezident İlham Əliyev tərəfindən tarixi abidələrin qorunmasına xüsusi diqqət göstərilir. İstər Qarabağda, istər Azərbaycanın digər bölgələrində, istərsə də Naxçıvanda tarixi-mədəni irsin qorunması istiqamətində işlər həyata keçirilir.

Prezidentin Naxçıvana səfəri, burada həyata keçirilən quruculuq işləri, yeni layihələrin təməlinin qoyulması və bölgənin inkişafına göstərilən diqqət Naxçıvanın Azərbaycanın sosial-iqtisadi və mədəni həyatındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Möminə Xatun türbəsinə göstərilən diqqət isə Azərbaycan dövlətinin öz tarixinə və milli-mədəni irsinə biganə olmadığını göstərir.

Naxçıvan Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrindən biridir. Burada müxtəlif dövrlərə aid çoxsaylı tarixi və memarlıq abidələri mövcuddur. Bu abidələr qədim insanların burada məskunlaşdığını, yüksək mədəniyyət və memarlıq ənənələrinin formalaşdığını göstərən mühüm nümunələrdir.

Bu tarixi irsin qorunması, bərpa edilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Möminə Xatun türbəsi də Azərbaycan xalqının qədim tarixinin və xüsusilə memarlıq mədəniyyətinin bariz nümunələrindən biridir. Bu abidə ilə Azərbaycan xalqı haqlı olaraq qürur duyur.

Hesab edirəm ki, Prezidentin Naxçıvana səfəri və xüsusilə Möminə Xatun türbəsinə göstərdiyi diqqət dövlətin tarixi-mədəni irsin qorunmasına yönəlmiş siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən və gələcəkdə görüləcək işlər Azərbaycanın zəngin tarixinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri