TBMM sədri: Köhnə dünya sistemi dağılıb, yeni dövr başlayır
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Numan Kurtulmuş bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilməsi Türkiyə üçün mühüm və dəyərli hadisədir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş mediaya açıqlamasında deyib.
O, toplantının qardaş Azərbaycan torpağında keçirilməsindən məmnunluğunu ifadə edib, PUIC-in dönəm sədrliyinin Milli Məclisin sədri Sahibə Qafarovaya keçməsini də önəmli hadisə kimi qiymətləndirib.
Numan Kurtulmuş bildirib ki, dünya hazırda köhnə beynəlxalq sistemin dağıldığı, yeni çoxmərkəzli nizamın formalaşdığı mərhələdən keçir. Onun sözlərinə görə, bu proses İslam dünyasının qarşısında böyük imkanlar açır.
TBMM sədri qeyd edib ki, İslam ölkələri arasındakı fikir, siyasi, etnik və məzhəb fərqləri qarşıdurma yox, zənginlik kimi qəbul olunmalıdır. O vurğulayıb ki, İslam dünyası elm, texnologiya və yüksək texnologiyalar sahəsində potensialını birləşdirə bilsə, gələcəkdə dünyanın yüksələn güc mərkəzlərindən birinə çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 İyun 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















