Icma.az
close
up
RU
TDT artıq cəmiyyətlər koalisiyasına keçir

TDT artıq cəmiyyətlər koalisiyasına keçir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

  

QHT-lər vahid institusional çətir altında birləşdi

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu noyabrın 25-də öz işini Naxçıvan şəhərində davam edib. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır: "Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal gətirə bilərik. Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik". Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər”. Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi ardıcıl diqqət və qayğı bu qədim diyarın inkişafını sürətləndirən başlıca amildir. Məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasında yeni inkişaf modelinin nümunəsinə çevrilir”.  

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, bu gün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlarımızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq”. T.Əliyev Bakıda başlanan prosesin davamlı olacağına inandığını bildirib: “İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik”. Daha sonra forum panel müzakirələrlə davam edib. Forumu şərh edən ekspertlər vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin həm ölkə, həm region, həm də dünya üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər. Onların sözlərinə görə, qeyri-hökumət təşkilatlarının əməkdaşlığı, qarşılıqlı dəstəyin artırılması, ekoloji problemlərə qarşı birgə mübarizə, təhlükəsizlik və digər vacib sahələrdə fəaliyyət yeni perspektivlər açır. Vətəndaş cəmiyyətlərinin əməkdaşlığı, inkişafı, gücləndirilməsi, ekoloji problemlərə qarşı birgə mübarizə, təhlükəsizlik məsələləri ilə bağlı olaraq bir-birimizə dəstəyin verilməsi bütün istiqamətlərdə yeni imkanlar yaradır. Bu həm ölkəmiz, həm region, həm də dünya üçün əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinə yol açır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Sherg.az-a deyib ki, tədbirin açılışında Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətin səsləndirilməsi bu təşəbbüsün rəsmi səviyyədə nə qədər yüksək qiymətləndirildiyini göstərdi. Onun sözlərinə görə, Bakıdakı proqramda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlıq sessiyası diqqət mərkəzində oldu:

"Azərbaycan bu prosesin təşkilinə rəhbərlik etməklə bir daha sübut etdi ki, Türk dünyasında həm siyasi, həm mədəni, həm də ictimai əməkdaşlığa töhfə verməkdə ardıcıl xətt yürüdür. Prezident müraciətində bildirdi ki, ilk dəfə məhz TDT adı altında QHT-lərin ayrıca birgə platformada toplaşması Türk dünyasında əlaqələrin dərinləşməsi baxımından strateji hadisədir. Prezident müasir dövrdə bu ölkələr arasında mədəni və intellektual əməkdaşlığın yeni vasitələrlə davam etdirilməsinin vacibliyini vurğuladı. Son illər ölkəmizin QHT sektorunda həyata keçirdiyi islahatlar, qlobal və regional əməkdaşlıq təşəbbüsləri və vətəndaş cəmiyyəti institutlarının fəallaşması türk dövlətləri ailəsi üçün model kimi qəbul olunur. Forumun keçirilməsi, xüsusilə də yeni QHT Platformasının yaradılması türk dövlətləri arasında ictimai diplomatiyanın güclənməsinə, müştərək dəyərlərin daha səmərəli şəkildə təbliğinə və gələcək birgə təşəbbüslərin koordinasiyasına geniş imkanlar açır. Gözlənti ondan ibarətdir ki, bu addım türk xalqlarını daha sıx bağlayan humanitar, sosial və inteqrasiya layihələrinin artmasına səbəb olacaq. Azərbaycanın təşəbbüsü ilə start verilən bu proses həm regionun ictimai-siyasi gündəliyinə, həm də Türk dünyasının uzunmüddətli birliyinə mühüm töhfədir. Bu, QHT-lərin rolunu yüksəldən, onları dövlətlərarası əməkdaşlığın fəal tərəfinə çevirən yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də deyib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndə heyətinin Azərbaycana səfəri Türk dünyasında ictimai diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Ekspert vurğulayıb ki, bu səfər sadəcə rəsmi tədbir formatı deyil, türk məkanında QHT-lərarası əməkdaşlığın institusional əsaslarının formalaşdırılması baxımından strateji hadisədir:

"TDT-nin son illər inkişaf trayektoriyası artıq göstərir ki, təşkilat təkcə dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir. Məhz bu səbəbdən QHT-lərin Bakıya səfəri türk inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir. Noyabrın 24-də Bakıda keçirilən açılış mərasimi və panel müzakirələri türk coğrafiyasında həmrəylik gündəminin çeviklik və məzmun baxımından genişləndiyini nümayiş etdirdi. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" paneli xüsusi əhəmiyyət daşıyırdı, çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, Türk dünyasının mədəni, humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu isə Xəzər hövzəsində sosial-dövlət və cəmiyyət-cəmiyyət əlaqələrinin yeni institutlaşma mərhələsini formalaşdırır. Bu iki istiqamət birlikdə QHT sektorunun regional proseslərdə daha aktiv, analitik və koordinasiyalı rol alacağını göstərir. Səfərin ən mühüm mərhələsi 25 noyabrda Naxçıvanda keçirilən iki tədbirdir. Burada Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması Türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İlk dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı fəaliyyətin uzunmüddətli planlaşdırılması, tematik işçi qruplarının yaradılması, regional layihələrin sinxronlaşdırılması və vahid mövqelərin formalaşdırılması üçün mexanizm meydana çıxır".

Ə.Nuriyev bəyan edib ki, bu səfər Azərbaycan üçün də çoxplanlı nəticələr yaradır:

"İlk növbədə, ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir. Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir. Zəngəzur dəhlizinin humanitar ölçüsünün məhz Bakıda müzakirə edilməsi Azərbaycanın Türk dünyasının birləşdirici ideya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan-Qazaxıstan əməkdaşlıq formatı, Naxçıvanda təsis konfransı, QHT diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir. Türk QHT Platformasının yaranması gələcək onillik üçün geniş imkanlar açır. Regional analitik bazanın formalaşması, böhran situasiyalarında humanitar koordinasiya, gənclər, media, sosial siyasət və ailə institutu sahələrində vahid şəbəkələrin qurulması, QHT sektorunun Avropa platformalarında daha güclü təmsil olunması və rəqəmsal QHT ekosisteminin inkişafı bu imkanların önündə dayanır. Bu həm də Azərbaycan QHT-ləri üçün yeni məsuliyyət yaradır. İnstitusional dayanıqlığın möhkəmləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılması, layihə menecmenti və monitorinq bacarıqlarının regional standartlara uyğunlaşdırılması zərurəti meydana çıxır. Azərbaycan bu prosesdə mərkəzləşdirici rol oynayır, TDT isə dövlətlər koalisiyasından cəmiyyətlər koalisiyasına doğru inkişaf edir. Türk QHT Platformasının Naxçıvanda təsis edilməsi Türk dünyasının ictimai diplomatiya tarixində yeni mərhələnin əsasını qoyur və türk coğrafiyasının gələcək onillik üçün sosial inteqrasiya xəritəsini müəyyənləşdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri