Icma.az
close
up
RU
TDT nin Baş katibi: Qarşıdakı dövrdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminik

TDT nin Baş katibi: Qarşıdakı dövrdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminik

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 3 oktyabr, Günel Karatepe, AZƏRTAC

3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü təşkilatımızın əsasının qoyulduğu tarixi Naxçıvan Sazişinin 16-cı ildönümüdür. Bu gün təkcə təşkilatlanmış nailiyyətlərimizi deyil, eyni zamanda, Türk xalqlarının davam edən birlik, həmrəylik və qardaşlığını da təntənə ilə qeyd edirik.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türk Dövlətləri Təşkilatının (TDT) mötəbər gün münasibətilə yayımlanan təbrik mesajında yer alıb.

Təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan mesajda bildirilib ki, son 16 il ərzində TDT genişmiqyaslı əməkdaşlıq platformasına çevrilib. Əvvəllər bir neçə prioritet sahədə əməkdaşlığa diqqət yönəldən təşkilat bu gün siyasətdən ticarətə, nəqliyyatdan energetikaya, rəqəmsallaşmadan yaşıl iqtisadiyyata, sağlamlıqdan təhsilə, gənclikdən kosmosa qədər 40 müxtəlif sahəni əhatə etməkdədir: “Bu, tarix və mədəniyyət bağlarını həmrəylik və tərəqqi üçün tətbiq vasitəsinə çevirmək istiqamətində ortaq iradəmizi nümayiş etdirir. Bu irəliləyiş, dövlət başçılarımızın qətiyyətli və uzaqgörən baxışı, xarici işlər nazirlərimizin dəyərli rəhbərliyi, eləcə də üzv və müşahidəçi dövlətlərimizin bütün nazirlik, qurum və təşkilatlarının fəal səyləri olmadan mümkün deyildi. Onların fədakar fəaliyyəti və töhfələri təşkilatın uğurlarının və xalqlarımız arasında birliyin güclənməsinin ən böyük hərəkətverici qüvvəsi olub”.

“Bu münasibətlə, təşkilatımızın ötən il ərzində mühüm təşəbbüsləri həyata keçirməsinə və gündəliyini irəli aparmasına şərait yaradan Qırğızıstan Respublikasının uğurlu sədrliyini minnətdarlıqla xatırlamaq istərdim. Qırğızıstanın sədrliyinin nailiyyətləri fonunda biz həyəcanla Türk dünyasında inteqrasiyanı daha da gücləndirəcək, əməkdaşlığı dərinləşdirəcək və sülh ilə rifahı daha da irəliyə aparacaq bir görüş xarakteri daşıyan Azərbaycan Respublikasının Qəbələ şəhərində keçiriləcək Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünə və yolumuzun növbəti mərhələsinə doğru irəliləyirik. Azərbaycanın bu mühüm missiyanı daha da inkişaf etdirərək qarşıdakı dövrdə əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə əminik”, - deyə mətndə bildirilib.

Qeyd edilib ki, Türk dövlətləri bu xüsusi günü qeyd edərkən, gələcəyə inamla baxır. Türk Dövlətləri Təşkilatı siyasi dialoqu gücləndirməyə, iqtisadi əlaqələri dərinləşdirməyə, mədəni mübadiləni irəli aparmağa davam edəcək və eyni zamanda, beynəlxalq arenada ortaq səsimizi daha da yüksəldəcək.

“Bu münasibətlə, üzv və müşahidəçi dövlətlərimizin xalqlarına və hökumətlərinə ən səmimi təbriklərimi və dərin minnətdarlığımı bildirir, birliyimizin və həmrəyliyimizin davam etməsini, əməkdaşlığımızın dərinləşməsini və ortaq baxışımızın bizləri sülh, sabitlik və rifaha aparmasını arzulayıram. Türk Dövlətlərinin Əməkdaşlıq Günümüz mübarək olsun!” – deyə Baş katib təbrik məktubunda arzularını dilə gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri