Icma.az
close
up
RU
Təbii multivitaminlərlə zəngin beş məhsul

Təbii multivitaminlərlə zəngin beş məhsul

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Qaraciyər, istridyə, sardina, su tərə və yumurta vitamin və mineralların xüsusilə yüksək konsentrasiyası ilə seçilir. Bu məhsullar orqanizm üçün vacib olan bir neçə qida maddəsinin təbii mənbəyi ola bilər. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Atletiko Madrid” futbol klubunun dietoloqu Yon Gerboles “Deia” nəşrinə müsahibəsində bildirib.
Gerboles ən qidalı məhsullardan biri kimi qaraciyəri göstərib. Onun tərkibində A vitamini, B qrupu vitaminləri, dəmir, mis, sink, xolin və tamdəyərli zülal çoxdur. Bu maddələr qan yaranması və enerji mübadiləsində iştirak edir, həmçinin sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
Həkim “təbii multivitaminlər” siyahısına istridyəni də daxil edib. Bu məhsul xüsusilə B12 vitamini, mis və sinklə zəngindir. Sonuncu mineral immun sisteminin fəaliyyəti və toxumaların bərpası üçün mühüm əhəmiyyət daşıyır.
Gerbolesin sözlərinə görə, sardina bir neçə qiymətli komponenti özündə birləşdirir: zülal, omeqa-3 yağ turşuları, D vitamini və B12 vitamini. Balığı sümükləri ilə birlikdə yemək isə orqanizmin əlavə kalsium almasına imkan verir.
Mütəxəssis çoxsaylı qida maddələrinin digər mənbəyi kimi su tərəni və digər yarpaqlı göyərtiləri də göstərib.
“Onların tərkibində K və C vitaminləri, fol turşusu və antioksidantlar var. Eyni zamanda, bu məhsulların kalorisi azdır. Siyahını yumurta tamamlayır. Onların tərkibində tamdəyərli zülal, həmçinin orqanizmin normal fəaliyyəti üçün zəruri olan bir sıra vitamin və minerallar var”, deyə diyetoloq izah edib.
Bununla belə, mütəxəssis bu məhsulların diaqnoz qoyulmuş vitamin çatışmazlığı zamanı vitamin preparatlarını əvəz edə biləcəyini iddia etmir. Onların üstünlüyü ondan ibarətdir ki, adi qidalanma çərçivəsində bir neçə qida maddəsini eyni vaxtda əldə etməyə imkan verir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri