Icma.az
close
up
RU
Təcili tibbi yardım, yanğınsöndürən... Bəlkə elə sənin evinə tələsir. Niyə yol vermirsən, ay...? Video

Təcili tibbi yardım, yanğınsöndürən... Bəlkə elə sənin evinə tələsir. Niyə yol vermirsən, ay...? Video

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Təcili və təxirəsalınmaz tibbi yardım, yanğınsöndürən maşın və s. digər sayrışan işığı olan xüsusi avtomobillərə (polis və s.) yol vermək qanunla da tənzimlənir. Yəni operativ nəqliyyat vasitələri yollarda üstünlük təşkil edir. Yol bir qayda olaraq onlarındır. Hər bir hərəkət iştirakçısı bu nəqliyyat vasitələrinə yol verməlidir.

Yəqin ki, tez-tez sizin də qarşınıza çıxır, təcili yardım, yandğınsöndürən maşınlarına yol verməyənlər də olur. Yol verdikdən sonra bu avtomobillərin arxasında şütüməyə çalışanlar da…

Təcili və təxirəsalınmaz tibbi yardım və ya yanğınsöndürən maşına yol verməyən şəxslər nə düşünür?

Təcili və təxirəsalınmaz tibbi yardım maşını kiminsə canını, sağlamlığını qorumaq üçün tələsir. Yanğınsöndürən maşın da kiminsə evini, mülkünü, iş yerini yanğından mühafizə üçün… Bu maşınlara yol verməyəndə nə baş verir? Hansı hisslər yaranır içinizdə? Bəlkə elə bu avtomobillər sizin evə tələsir? Bunu heç düşünürsünüzmü?

Yanğınsöndürən, təcili tibbi yardım və polis maşınları ilk növbədə öz xidməti vəzifələrini yerinə yetirir və insanlara kömək edir.

Yollarda sürücülərin sürücülük etikasına və yol hərəkəti qaydalarına əməl etmələri vacibdir. Yol hərəkəti qaydalarına əsasən, təcili tibbi yardım maşınının sürücüsü işıqforun qırmızı işığında keçərkən yolayrıcına çatmadan öncə buraxıldığından əmin olmalıdır. İnzibati Xətalar Məcəlləsində də bu məsələ öz yerini alıb. Belə ki, Məcəllənin 31-ci maddəsinə görə, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat məbləğində cərimə edilir.

Müşahidələr onu deyir ki, operativ nəqliyyat vasitələrinə yol verməməklə bağlı cərimə məbləği daha yüksək olmalıdır. Sanki...

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Avqust 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri