Icma.az
close
up
RU
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti: Sosial şəbəkələrdə tanınmış jurnalistlər üsyan qaldırdı

Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti: Sosial şəbəkələrdə tanınmış jurnalistlər üsyan qaldırdı

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Emin Əmirullayev hələ bilmir ki,  eyni ildə doğulan, biri yanvar, biri dekabr doğumlu uşaqlar yaşıd deyil



Azərbaycanda 2013-cü ildə təhsilin inkişafı üzrə Strategiyanın qəbulundan sonra bu günə qədər müəyyən dəyişikliklər baş verib. Bunu elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir qeyd edib ki, Dövlət Strategiyasının qəbulundan sonra əsaslı islahatlara başlanılıb: “Təhsil islahatı ardıcıl və uzun bir prosesdir. Bir çox istiqamətlərdə əsaslı islahatlar aparılıb. Biz anlayırıq ki, mükəmməl təhsil sisteminə getmək istəyiriksə, uşaqlar məktəbəqədər təhsilə getməlidir. Çünki təhsilin əsası buradan başlayır. Məktəbəqədər təhsilin əhatəsi nə qədər çox olarsa, bir o qədər təhsilin keyfiyyəti yaxşılaşır. Bu baxımdan biz 16 faizdən 40 faizə çatmışıq”. “Ümumiyyətlə, məktəbə getməyən biri ilə məktəbəqədər təhsilə yönələn uşaqlar arasında çox fərq var. Hər il 30-40 min daha çox uşağı məktəbəqədər təhsilə yönləndirməyi bacarmışıq. Biz bunun nəticələrini 2029-cu ildən görməyə başlayacağıq”, - deyə nazir bildirib.

E.Əmrullayev məktəbəqədər təhsildə irəliləyiş olduğunu hər nə qədər desə də, vətəndaş bu sahədən məmnun deyil. Nəinki məmnun deyil, hətta narazıdır. Əsas narazılıq da uşaqların yaş həddində məktəbəqədər hazırlıq qruplarına qəbulla bağlıdır. 


Sosioloq Lalə Mehralı sosial şəbəkədə bu problemə toxunub, həm də şəxsən övladı ilə bağlı üzləşdiyi problemi işıqlandırıb: 

- Hörmətli Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 2019-cu ildə doğulan, biri yanvar, biri dekabr doğumlu olan uşaqlar yaşıd deyil! Məktəbəqədər qrupa uşaq qəbul edəndə bunu nəzərə alın! Bu uşaqların arasında 11 ay 20, 11 ay 25 gün fərq var, yəni 1 yaş! 4 yaşlı uşaqla 5  yaşlı uşaq eyni qrupda məktəbəqədər təlim görə bilməz, bu, məntiqli deyil. Uşaqların məktəbəqədər qruplara qəbulu elan ediləndə "#qəbul #tarixinədək 5 #yaşı #olmuş #uşaqlar" qeydi olmalıdır. Sizin bu məntiqsiz qərarınıza görə mən indi hər ay 100 manat zərərə düşüb özəl kursa göndərirəm uşağımı. Çünki 2019-cu il təvəllüdlü uşaqların məktəbəqədər qruplara qəbulu elan ediləndə mənim oğlum dekabr doğumlu olduğu üçün hələ 5 yaşı olmamışdı və o, bağça tərbiyəsi görməli idi, məktəb yox. Növbəti il üçün məktəbəqədər qrupa qəbul etmədi sistem uşağımı, deyir 2020-ci il təvəllüdlü uşaq olmalıdır. Uşağım isə 20 gün fərqlə 2019-cu il təvəllüdlüdür. Sizin məntiqlə 5 yaşı olmamış uşaq məktəbəqədərə, 6 yaşı olmamış uşaq isə məktəbə getməlidir. Oğlumun 6 yaşı yoxdur, hələ dekabrda bitəcək, mənə mesaj göndərir sistem, uşağı məktəbə yerləşdirin deyə. İndiki dərs yükü ilə uşağı 6 yaşı olmamış məktəbə göndərmək  onun uşaqlığını məhv etmək deməkdir. Ana olacaq qadınlara məsləhət, uşaq planlayanda doğulacağı ayı nəzərə alın, vay o gündən ilin sonuna düşə uşaq, özündən böyüklərlə oxumalı olacaq. Saxlayıb növbəti il məktəbə göndərməli olsanız məktəbəqədər təhsildən faydalana bilməyəcəksiz, özəl kursa göndərəcəksiniz. Bağçalar da 5 yaşı olan kimi  çıxarır uşağı, qalırsan çöldə. Bunu artıq üçüncü dəfədir yaşayıram mən, uşaqlarımın 5 yaşı olmamış məktəbəqədər qruplara getməsini istəmirəm deyə məktəbəqədər təhsildən yararlana bilmirəm. Bir səhv edib uşaqların üçünü də ilin ikinci yarısında dünyaya gətirmişəm deyə.


L.Mehralının paylaşımına reaksiyalardan da görünür ki, problem həqiqətən ciddidir: 

Nərgiz Salmanova Liftiyeva: - Oğlum da 2020 dekabrın 30-da doğulub. Bu il məktəbəqədər hazırlıq qrupuna yazdırmışam. Ancaq hazırda 4 yaş 9 aylıq. Özü məktəbə çox həvəsli olub bacılarının arxasınca ağlamasaydı, bu il qoymayacaqdım. Yanvardan sonra özəl kursa yazdırmaq fikrim var idi. Amma öz arzusu ilə göndərirəm, öyrənməsi üçün yox, sırf məktəb mühitinə uyğunlaşması, sosiallaşması üçün.

Lalə Mehralı: - Mən də sosiallaşması üçün qoymuşam kursa, bir də rus sektoruna qəbul imtahanla olduğu üçün.

Şəymən Bayramova: - Eyni problemi mən də yaşayıram. Oğlum 2019-cu il aprel təvəllüdlüdür, məktəbəqədər təhsildən faydalana bilməsə də, bağçada qaldı sentyabrın 1-nə qədər. Bu il 1-ci sinfə gedəcək. Lakin 5 yaşlı, 2020, oktyabr təvəllüdlü oğlumu tezdi deyə məktəbəqədərə qoymadım, gələn ilsə bağça sistemdən atacaq, hazırlıq qrupu da götürməyəcək. Mən də məcburam ki, özəl kursa qoyum. 

Şəbnəm Xeyrulla: - Məndə də belə oldu. Oğlumun oktyabr ayında 7 yaşı tamam olur. Keçən il hazırlıq sinfi üçün artıq gec idi deyə, özəl kursa qoydum. Bu il birinci sinfə gedəcək. Hesab etmirəm ki, gecikib. Mən də noyabr ayında doğulmuşam və onun kimi 7 yaşım tamam olan il məktəbə getmişəm. Tez göndərməyin də tərəfdarı deyiləm. Onsuz da proqramları 7 yaş üçün belə çətindir.

Lalə Mehralı: - 7 yaşda göndərmək ən doğrusudur. Sadəcə, 7 yaşında göndərəcəyimiz uşaq dövlətin ona verdiyi məktəbəqədər təhsil hüququnu itirir.

Şəbnəm Xeyrulla: - Hələ şükür edək ki, birinci sinfə qəbul edirlər. Bir də görəcəyik ki, "gecikmisiniz, birinci sinifdə oxuya bilməz", yazdılar.

Umayra Aliyeva: - Bu problemlər nə zaman həllini tapacaq? Hər uşağın inkişafı fərqli olur. Bütün 5 yaşlıları da məktəbəqədər qrupuna yazdırmaq düz deyil heç. Elə uşaq var ki, ləngiyir inkişafı. Hansı ki, indi 10 uşaqdan 4-ü ləngimə problemi yaşayır. Həmin uşaqlar məktəbəqədər qrupuna 6 yaşda getsə yaxşıdır. Elm də Təhsil Nazirliyi bu məsələləri nə zaman qaydaya salacaq?

Lalə Mehralı: - Nazirlik hələ müəllim hesabına sinif düzəltməyi ölçüb-biçir.

Sevil Gültən: - Anormal qanunlar varmış ki!..

Ofelya Əhmədova: - Bir dolaşıqdır düşmüşük, gedirik. Məni də sovet vaxtı bu ay, gün söhbətinə görə götürmürdülər, ağlayıb özümü öldürürdüm məktəb üçün, nəhayət, bir müsibətlə qəbul etdilər məktəbə.

Təranə Məmmədtağıyeva: - Uşağın beyninin kütləsi hər ay, hər yaş artdıqca artır. Və buna əsasən də mövzunu qavraması daha da inkişaf edir. Bunu mütəxəssislər bilmirlər görünür. Sinifdə uşağın bir yaş digərlərindən fərqi onlardan zəif oxuması, çox əziyyət çəkərək onlara çatması, beyninin yüklənməsi deməkdir.

Sosial şəbəkədə paylaşılanlar, yazılan rəylər problemin həqiqətən də ciddi olduğunu göstərir. Elm və Təhsil Nazirliyi isə “16 faizdən 40 faizə yüksəlmə” ilə fəxr edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see242

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see196

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see166

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see160

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see131

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see121

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri