Icma.az
close
up
RU
Təhsil sahəsində islahatları mütəxəssislər etməlidir

Təhsil sahəsində islahatları mütəxəssislər etməlidir

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Təhsilimizdə son illər əcaib proseslər gedir. Ölkədə maliyyə problemlərinin proqnozlaşdırıldığı halda, təhsilin ilbəil gerilədiyi bir dönəmdə məmurların büdcə israfçılığı sərhəd tanımır. Başqa ölkələrdə “sərhəsdsiz təhsil”dən söhbət gedəndə, bizdə “təhsildə sərhədsiz talan”dan söhbət gedir.

Bu ərəfədə Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının istifadəsinə dair audit aparılıb. KİV-lərin məlumatına görə, audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb. Xeyli artıq ödəmə faktları müəyyən edilib. Xatırlayıram ki, keçən il də Maliyyə Monitorinqi qrupu ölkənin xeyli imternat tipli məktəblərində milyonlarla manat maliyyə pozuntusu aşkar etmişdi.
Başqa ölkələrin təhsil sistemi İnternetdən pul qazananda, bizim təhsil məmurları da internat məktəblərdən, kimsəsiz uşaqlardan pul qazanırlar deyəsən.
Bizim universitetlərin qlobal inkişafdan geridə qalması hər bir vətəndaşə, xüsusi ilə təhsil ictimaiyyətini narahat edir. Bu geriliyin bir çox səbəbləri var. Bunlardan biri də universitetlərimizin son 30 ildə ehtiyacdan dəfələrlə az səviyyədə maliyyələşməsidir.
KİV-lərin yazdığına görə ölkə universitetlərinin biri son 3 ildə ETN yaratdığı Fonda (TİF) 3,7 milyon pul ödəməli olub (təbii ki, icbari qaydada). Hesablama Palatasının müvafiq hesabatlarında qeyd edilir ki, bu vəsait təhsil işçilərinin, o cümlədən ETN əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə edilib.
Bu fondun yaradılmasında məqsəd təhsilin inkişafına xidmət etmək idi. Amma reallıqda fond təhsil menecerlərinin sosial durumunu yüksəltməyə, onlara komfort həyat səviyyəsi təmin etməyə xidmət edir, deyəsən. Bu fond təhsilin inkişafı üçün hansı investisiyalar edib? Universitetlərə və elmi layihələrə hansı qrantlar verib? Hansı müsbət nəticələr əldə edilib? Təhsil sistemi bu Fonddan necə faydalanıb?
Amma bu vəsait (3,7 milyon bizim universitetlər üçün çox böyük puldur), universitetin inkişafına yönəlsəydi, universitetin fəaliyyət keyfiyyəti xeyli yüksələrdi. Amma görünən budur ki, bu ETN-i çox da maraqlandırmır. Eyni vəziyyət digər universitetlərdə də müşahidə edilib. Bu məbləğin ETN və TİF tərəfindən şəffaf şəkildə hesabatı verilsəydi, öz saytlarında bu rəqəmlər əks edilsəydi, məlum olardı ki, ölkə üzrə bu rəqəm hər il 10 milyonlarla manat pul edərdi.
Hesablama Palatasının hesabatlarında ETN-nin zəif maliyyə intizamı barədə faktlar tez-tez öz əksini tapır. ETN-nin son 10 ildə yürütdüyü qrant siyasətini və buna xərclədiyi vəsaitləri yoxlasalar, çox maraqlı “data”lar ortaya çıxar.
ETN hər il hər universitetdən TİF-ə külli miqdarda pul ayırtmasına rəğmən, özü dövlət büdcəsindən ayrılan pulları səmərəsiz israf edir. ETN maddi sıxıntıda olan universitetlərdən pul qopardığı halda (təbii ki, bu könüllü ola bilməzdi), Hesablama Palatasının hesabatlarındaqeyd edildiyi kimi, onun tender qalibi etdiyi dost-tanışların şirkətlərinə görmədiyi işlərə görə, şişirdilmiş qiymətlərlə külli miqdarda əlavə pul ayırıb.
Bir tədqiqat institunun bir illik büdcəsindən çox olan belə “səxavət”li ödəmələr, niyə elm və təhsilin inkişafına yox, şübhəli əməliyyatlara yönəlir?
Qazaxstan universitetlərinə illərdir ki, onların təhsil nazirliyi hər il 1000-dən çox qrant verir, bu səbəbdən həmən universitetlər bizdən 15-20 il öndədir. Bizim universitetlər isə yalnız təhsil haqqı hesabına yaşayırlar, heç vaxt, heç bir mənbədən heç bir qrant almırlar. İndi məlum olur ki, bu azmış kimi ETN məmurları universitetlərin büdcəsindən onların inkişafına yönəlməli olan pulları özlərinin sosial müdafiəsinin gücləndirməsinə yönəldirlər.
Bu addım ETN məmurlarının ölkədə elm və təhsilin inkişafında nə dərəcədə maraqlı olduğunu bir daha göstərir. Təbii ki, ixtisas və peşə təcrübəsinə uyğun olmayan məmurları bu qurumda işləməyə sövq edən, maddi maraqdır. Məmurların dövlət tərəfindən təyin edilmiş yüksək maaşları var, daha bu əlavə ödənişlərə nə ehtiyac var? Öz sosial durumları barədə düşündüyünüz kimi, alim və müəllimlərin də sosial müdafiəsi barədə düşünsəniz yaxşı olar. Peşəkatlığınız zəifdir, heç olmasa humanistliyiniz yüksək olsun.
ğ. O bu sözləri RF təhsili haqqında deyib, açmma bu problemlər nəinki RF, elə bizim təhsildə də mövcuddur:
“ Təhsil sahəsində islahatları mütəxəssislər etməlidir, hüquqşünaslar və maliyyəçilər deyil. Təhsil sisteminin islahatını müəllimlər və alimlər aparmalıdır, məmurlar deyil." (Akademik Robert Niqmatulin).
Təhsilə dair qabaqcıl təcrübələri qəbul etmirik, heç olmasa, təhsildəki mənfi hallara qarşı mübaruzədə qabaqcıl təcrübələri qəbul edək.

İlham Əhmədov, dosent 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri