Icma.az
close
up
RU
“Tercüman” qəzeti: ATƏT in Minsk qrupu 33 il uğursuzluqlar

“Tercüman” qəzeti: ATƏT in Minsk qrupu 33 il uğursuzluqlar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 14 avqust, AZƏRTAC

44 günlük Vətən müharibəsində qazanılan Qələbə və mövqeyi Türkiyə tərəfindən dəstəklənən Azərbaycanın düşünülmüş diplomatiyası sayəsində ATƏT-in Minsk qrupu bu gün artıq tarixin bir hissəsidir. Bu məsələnin beynəlxalq gündəmdən tamamilə çıxarılması isə yalnız prosedur məsələsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Tercüman” qəzetinin avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqton görüşünün yekunlarına həsr olunmuş analitik materialında deyilir.

Nəşr qeyd edir ki, ATƏT Minsk qrupu onilliklər ərzində Ermənistan-Azərbaycan probleminin həllini ləngitmək üçün alət olub, strukturun özü isə Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, müəyyən dairələrin maraqlarına xidmət edib.

Materialda vurğulanır ki, İkinci Qarabağ müharibəsinin başlanğıcı ATƏT-in Minsk qrupunun “sonunun başlanğıcı” oldu. “Azərbaycanın Vətən müharibəsində Qələbəsinin təntənəsi olan üçtərəfli Bəyanat faktiki olaraq ATƏT Minsk qrupunun danışıqlar prosesləri çərçivəsindən kənara çıxarıb, İrəvanın bu aləti dirçəltmək cəhdləri isə uğursuzluğa düçar olub”, - deyə məqalədə daha sonra xatırladılır ki, Ukraynadakı müharibə fonunda Fransa və ABŞ ATƏT-in Minsk qrupunda iştirakını “dondurub”. Eyni zamanda rəsmi Bakı “Minsk qrupu tarixin bir hissəsi oldu” tezisindən məharətlə istifadə edib.

“Nəticə olaraq, ATƏT Minsk qrupu 2023-cü ildə bir dəfə də olsun iclas keçirməyib, həmsədr ölkələrin bir dənə də olsun bəyanatı açıqlanmayıb. Vaşinqton və Paris Bakı və İrəvanla birbaşa əlaqə yaradıblar. Moskva da oxşar taktikaya əməl etməyə başladı”, - deyə qəzet yazaraq, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilən görüşün yekunları fonunda, ATƏT-in Minsk qrupunun ləğvinin yalnız prosessual addımlardan asılı olduğunu diqqətə çatdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 02:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri