Icma.az
close
up
RU
“Tərəqqi” medalı ilə təltif olunan alpinist: Vətən müharibəsindəki Zəfər mənə Everest yolunda ilham verdi

“Tərəqqi” medalı ilə təltif olunan alpinist: Vətən müharibəsindəki Zəfər mənə Everest yolunda ilham verdi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

Bu medal bir Azərbaycan qadını kimi mənim üçün çox böyük əhəmiyyətə malikdir. Həqiqətən də çox təsirləndim. Bilirdim ki, bu tarixi hadisə - Everest (8 848 metr) və Lhotse (8 516 metr) zirvələrinə qalxmaq, elit alpinistlər sırasına düşmək dövlətimiz tərəfindən çox yüksək qiymətləndiriləcək. Əmin idim ki, bu nailiyyət ölkə rəhbərliyi və idman qurumlarının diqqətindən kənarda qalmayacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.

İdmançı bildirib ki, bu medala layiq görülmək onun üçün böyük şərəf və qürurdur: “Adımın həmin siyahıda olması və orada dövlətimizin başçısının imzasını görmək mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, insan üçün onun mənsub olduğu yer, çalışdığı sahə və xüsusilə də dövlətinin lideri nümunəvi rol oynayır. Liderin xüsusiyyətləri, fəaliyyəti və insanlarda yaratdığı ruh yüksəkliyi çox önəmlidir. Hazırda çox emosionalam və fikirlərimi tam ifadə etməkdə çətinlik çəkirəm. Amma onu demək istəyirəm ki, həqiqətən çox böyük Liderimiz var və bu, bizə güc verir”.

Alpinist 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin ona ilham verdiyini vurğulayıb: “Ali Baş Komandan İlham Əliyev 30 illik münaqişəni cəmi 44 günə, yəni çox qısa müddətdə öz siyasəti və bacarığı ilə sona çatdırdı. O, 30 il həsrətində olduğumuz torpaqları geri qaytardı. Həmin rayonlar arasında uşaqlığımın keçdiyi və illərlə həsrətini çəkdiyim Cəbrayıl da var. Everestə yola düşməzdən əvvəl Cəbrayıla, kəndimizə getdim. Orada çox dərin emosiyalar yaşadım və öz-özümə dedim ki, əgər bizim Liderimiz 44 günə xalqımız üçün bu qədər böyük qələbə qazandısa, mən də 44 yaşımda bir Azərbaycan qadını olaraq əlimdən gələni etməliyəm. Elə bu fikirlərlə yola çıxdım. Ona görə də “44” rəqəmi mənim üçün hər baxımdan xüsusi və dəyərlidir. Tarix boyu Azərbaycan qadınları həmişə nümunəvi olublar. Sevinirəm ki, bu gün o nümunəni davam etdirənlər sırasında mən də varam”.

V. Musayeva “Tərəqqi” medalının bundan sonrakı fəaliyyətində onun üçün böyük məsuliyyət olduğunu bildirib: “Bu medal daim xatırladacaq ki, Vətənimin başını uca saxlamaq və ona layiqli vətəndaş kimi xidmət etmək mənim borcumdur. Bu, mənim üçün həm simvol, həm də dəyərli nişanə olacaq. Həm Azərbaycan müəllimi, həm alpinist, həm də qadın və ana kimi bu medala layiq görüldüyüm üçün sonsuz qürur hissi keçirirəm. Göstərilən diqqətə görə bütün qəlbimlə təşəkkür edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri