Icma.az
close
up
RU
Tərlan Əhmədov: “FCSB ilə oyun sübut etdi ki, “Qarabağ”ın problemləri həddindən artıq çoxdur” MÜSAHİBƏ İdman və Biz

Tərlan Əhmədov: “FCSB ilə oyun sübut etdi ki, “Qarabağ”ın problemləri həddindən artıq çoxdur” MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədovun İdman.biz-ə müsahibəsi

- Sizcə, “Qarabağ”ın Avropa Liqasındakı uğursuz çıxışının əsas səbəbləri nələrdir? Niyə bu mövsüm alınmadı?

- “Qarabağ” Avropa Liqasına tam hazır deyildi, bunu hələ ilk oyunlardan görürdük. FCSB ilə qarşılaşma sübut etdi ki, komandanın problemləri həddindən artıq çoxdur. “Qarabağ”ın ötənilki oyunu ilə builki oyununda böyük fərq var. Ağdam təmsilçisi ötən il həm daxili çempionatda dominantlıq edir, həm də Avroliqada oyunlarında yaxşı performans göstərirdi. Məsələn, “Braqa” və “Bayer” kimi özündən güclü rəqiblərlə qarşılaşanda belə aqresssiv oyun nümayiş etdirirdi. İndi həmin komandadan əsər-əlamət yoxdur. Ümumiyyətlə, mövsüm ərzində “Qarabağ”da problemlər açıq-aydın görünürdü. Əsasən də, müdafiə xəttindəki çatışmazlıqlar nəzərə çarpır. Demək olar ki, əksər oyunlarda qol buraxırlar, daxili çempionatda da komandanın müdafiədə problem yaşadığını görürük. Məsələn, “Şamaxı” ilə oyunda buraxılan toplar müdafiədəki ciddi çatışmazlıqlardan xəbər verir. Bu il hücum xəttində də problemlər yaşandı. Hətta Juninyonun olduğu dövrdə də komanada yaradılan qol epizodlarından tam şəkildə istifadə edə bilmədi. Hücumda olan dişsizlik, müdafiədəki boşluqlar, edilən ardıcıl səhvlər altı oyunda məğlubiyyətə gətirib çıxardı. Müdaifə xəttində Medinanın və Bədavinin uzun müddət zədəli olması, Bəhlulun qeyri-stabil oyun nümayiş etdirməsi müdafiə xəttinə öz təsirini göstərir. İndi “Qarabağ”da özünə inamsızlıq var. Ümumiyyətlə, builki komanda tam komplektləşə bilmədi. Kaşuk və Addai hələ komandaya tam şəkildə adaptasiya olmayıblar. Bu baxımdan cinah keçidlərində problem yaranır. Əvvəlki oyunlara baxanda görürük ki, bir cinahda Kadi vardı, digərində Zubir. İndi nə Kaşuk, nə də Addai onların oyununu göstərə bilmir. Sonuncu oyunda Zubir özü də, aşağı səviyyədə çıxış etdi. Daim əsas heyətdə oynaması və onu əvəz edəcək futbolçunun olmaması Zubirdə müəyyən arxayınlıq yarada bilər.
- Sizcə, FCSB ilə oyunda Juninyo və Benzianın yoxluğu məğlubiyyətdə nə qədər rol oynadı?

- Deyərdim ki, məğlubiyyətin əsas səbəblərindən biri məhz onların meydanda olmaması idi. Juninyonun yoxluğu hücum xəttində ciddi problemlər yaratdı. Benzianın olmaması isə Zubirin oyununa da mənfi təsir göstərdi. Bilirik ki, Benzia meydançanın mərkəzində daha çox topa sahib olur, oyun quruculuğunda mühüm işlər görürdü. Üstəlik, müdafiə ilə hücum xətti arasında körpü yaradırdı. Rumunlarla qarşılaşmada biz onu görə bilmədik. Romao da bu işin öhdəsindən gələ bilmirdi. Çünki ona Benzia kimi kömək edəcək futbolçu da meydanda yox idi.
-Sizcə, “Qarabağ” FCSB səddini keçə bilərdimi?

- FCSB ilə oyunda “Qarabağ” bir balaca təzyiq göstərdi, ancaq ümumilikdə götürəndə rəqib əks-hücumlarda daha aqressiv idi. Onlar səbrli oynayaraq matçı idarə edir, “Qarabağ”ın müdafiəsində boşluqlar yaradırdılar. Üç topun da standart vəziyyətdən vurulması bunun sübutudur. Bilirik ki, rumunlar standart vəziyyətlərdə həmişə yaxşı olublar. Buna xüsusi olaraq diqqət edilməli idi. Standart vəziyyətlər göstərdi ki, biz hələ hava toplarında uduzuruq. Bu problemi milli səviyyəsində, yaxud da digər komandalarımızın avrokubok oyunlarında da görmüşük. Hava mübarizəsində Medinanı fərqləndirə bilərik, təəssüf ki, digərləri haqqında eyni sözü deyə bilmərik. Ümumiyyətlə, rumunlarla oyunun ən yaxşıları Elvin və Medina idi. Zubir, Bəhlul və Buntiç bu oyunda öz səviyyələrindən aşağı çıxış etdilər. Düzdür, FCSB yaxşı komandadır, üstəlik, ehtiyatda on bir xalı vardı. Hər halda komanda “Qarabağ”a məğlub olmamağı qarşısına məqsəd qoymuşdu və buna da çatdı. Fikrimcə, rumunlar daha çox heç-heçə gözləyirdilər. Bəlkə də qalib gələcəklərini özləri də düşünmürdü. İstənilən halda, “Qarabağ” FCSB-ni məğlub edə bilərdi.

- Son turda qarşılaşacağımız “Olimpiakos”la oyun haqqında nə düşünürsünüz?

- Bu qarşılaşmaya ciddi yanaşmaq lazımdır. “Olimpiakos” FCSB-dan da səviyyəli komandadır. Məlum məsələdir ki, “Qarabağ” onlarla prestij üçün oynayacaq. “Olimpiakos” sıradan bir komanda deyil.

- Qeyd etdiz ki, komandanın problemləri çempionat oyunlarında da özünü göstərir. Sizcə, bu mövsüm Qurban Qurbanovun komandasının dominantlığına son qoyula bilərmi?

- Xeyr. Çünki bizdə hələ ki, "Qarabağ"a rəqib yoxdur. Qurban Qurbanov 17 ildir ki, "Qarabağ"ı sükanı arxasındadır. O, artıq öz komandasını formalaşdırıb. Bu baaxımdan Ağdam təmsilçisi oturuşmuş bir sistemə malikdir. Avrokubok oyunlarında isə vəziyyət başqa cürdür.

- Bəs niyə əvvəlki “Qarabağ”ı görə bilmirik?

- Ona görə ki, yeni gələnlər etimadı tam doğrultmadı. Həmçinin komandada zədəlilər və cəzalılar o dərəcəyə çatdı ki, Qurbanov əlavə rotasiyalara əl atmalı oldu. Həmin futbolçular isə istənilən səviyyədə komandaya kömək edə bilmədilər. Düşünürəm ki, ötən ilki oyunlarda da yarımmüdafiənin mərkəzində problemlər vardı. Ancaq bu il həmin çatışmazlıqları daha çox görmüş olduq. Lazım omayan yerdə top itkiləri xüsusilə qeyd edilməlidir. Ötən il “Qarabağ” rəqiblərini topsuz qoyurdu, bu il onu görə bilmədik. Bir sözlə, ötənilki komandadan əsər-əlamət qalmayıb. Ağdam təmsilçisi heyətinə yeni futbolçular cəlb etməli, Musa, Nəriman, Toral kimi oyunçular isə öz oyunlarını Avropa səviyyəsinə çatdırmalıdır. “Qarabağ” illərlə bizə sevinc yaşadıb. Futbolda bəzən olur ki, komanda düşür, bir müddətdən sonra yenidən qalxır. Əlbəttə ki, həm klub rəhbərliyi, həm də oyunçular pley-off mərhələsinə vəsiqə qazanmağı bizdən də çox istəyərdilər. İstənilən halda hər şey geridə qaldı. “Qarabağ” yas tutmaq əvəzinə, növbəti mövsümə hazırlıq haqqında düşünməlidir.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see120

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri