Icma.az
close
up
RU
Tərtərdə ​1 İyun Beynəlxalq Uşaqlar Günü münasibətilə tədbir keçirilib

Tərtərdə ​1 İyun Beynəlxalq Uşaqlar Günü münasibətilə tədbir keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbir başlamazdan əvvəl Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
​ Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, həmçinin şəhid və qazi ailələrinin övladları iştirak ediblər.

​ Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov uşaqları təbrik edərək bildirdi ki, 1 İyun – Beynəlxalq Uşaqlar Günü təkcə bayram deyil, eyni zamanda cəmiyyətimizin gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısının növbəti təzahürüdür. E.Əsədov xüsusi vurğuladı ki, Vətən uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin övladları xalqımız üçün çox əzizdir. Onların firavanlığı, sağlam və savadlı bir vətəndaş kimi yetişməsi, eləcə də sosial ehtiyaclarının təmin olunması hər birimizin mənəvi borcudur. Rayon təşkilatının sədri qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə müxtəlif sosial layihələr həyata keçirir və şəhid ailələrinin övladlarının təhsili, asudə vaxtlarının səmərəli təşkili məsələlərini daim diqqət mərkəzində saxlayır.
​ Sonra çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. Müstəqim Məmmədov qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların yüksək standartlar əsasında böyüməsi, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O, bu istiqamətdə görülən işlərin ölkə rəhbərliyinin tapşırıqları əsasında rayonda uğurla davam etdirildiyini bildirib.
​

Tədbirin bədii hissəsində uşaqlar tərəfindən şeirlər səsləndirilib. Sonra YAP Tərtər rayon təşkilatı tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub. Balacaların sevincinə səbəb olan bu addım onlarda xoş təəssürat yaradıb.
Tədbirdə şəhid və qazi valideynləri göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.

Görüş xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyun 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri