Icma.az
close
up
RU
“Təsbeh Tramp”, “Borzu Vens” “Bizim şefə uvajat eləmirsən”

“Təsbeh Tramp”, “Borzu Vens” “Bizim şefə uvajat eləmirsən”

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Özü cavan olsa da, köhnə telejurnalist Xəyal Tağıyev dünən sosial şəbəkədə maraqlı bir status paylaşmışdı. Əvvəlcə istədim ki, onun statusuna bir şərh yazım, amma sonra gördüm ki, yox, şərh uzun alınacaq, həm də sabaha bir köşə də yazmalıyam, ona görə də ikisini birləşdirdim.
Xəyal bəyin nöqtəsinə-vergülünə toxunmadığım (çünki korrekt yazıb) statusu belədir: “Maraqlı fenomen müşahidə edirəm. Çox hörmətli şərhçilər çıxıb deyir ki, Tramp siyasətçi deyil, biznesmendir. Deməli, hüquqşünas, aktyor, jurnalist, həkim, yazıçı siyasətçi ola bilər, biznesmen isə ola bilməz?! Tramp son on ildir dünyada ən güclü ölkə olan ABŞ-ın siyasi həyatındadır, iki dəfə bu dövlətin prezidenti seçilib. Yəni, bu şərhçilərin fikrincə, siyasətçi olmaq üçün daha nə etmək lazımdır ki?!”
Göründüyü kimi, məntiqli mülahizələrdir. Doğrusu, bu xüsusda status və şərhləri özüm də görmüşdüm. Şərhçilərin nəyə görə belə düşündüyündən az-çox xəbərdaram.
Məsələ ondadır ki, Trampda biznesmen zəkası siyasətçiliyindən çox güclüdür. Siyasətçilər adətən fikirlərini ütüləyə-ütüləyə, çox sözdən istifadə edə-edə, diplomatik dillə ifadə edirlər, Tramp isə birbaşadır, sözün hər mənasında qırmızı adamdır, bir qərar verəndə ölkəsinin bundan nə qədər irəli düşəcəyini hesablayır.
Məsələn, Tramp USAİD-in qrantlarını kəsir və bəyan edir ki, bu təşkilatın işçiləri dünyanın 100+ ölkəsində filan qədər milyardları basıb yeyiblər, ABŞ filan qədər geri düşüb. Ancaq adam fikirləşmir ki, ABŞ məhz o milyardların hesabına 100-dən artıq ölkədə özünə milyonlarla tərəfdar yığıb və lazım olanda onları hərəkətə gətirərək yeri hökumətlərə təsir edir, sözə baxmayanları dəyişdirir, baxanlardan iki sot torpaq alır, “üstü çayxana, altı hərbi baza” obyekt tikdirir.
Hələ adamın komandasına baxın, çoxu milyarderdir. Milyonçu olanlar da var, amma onlar da multimilyonçudurlar, 1-2 ilə milyarder olacaqlar. Trampın düşüncəsi budur ki, əgər bir adamın pulu azdırsa, demək, ağlı, fərasəti də azdır, o dövlət işinə yaramır. Bu, Trampın kadr seçimində hansı meyarlara üstünlük verdiyini göstərir.
 

Siz canınız, o nəydi, indiyəcən Ağ Evdə elə söhbət olmuşdumu? Şəxsən mən o cür epizodları Rusiyanın “məşum 90-lar” adlandırılan kriminal dönəminə aid filmlərdə görmüşəm. Bir mafiya başçısı olur, yaxın adamları ilə şəhərkənarı restoranda oturur, onunla görüşə başqa bir bandit dəstəsinin şefi gəlir, oturub ağır-ağır söhbət edirlər. Baş mafioz deyir, buralara mən nəzarət edirəm, sən təzə gəlmisən, bazarımıza girirsən, mənə hörmət etmirsən (“tı menya ne uvajayeş”). Banda başçısı da deyir, mən sənə hörmət edirəm, amma bu, bizim biznesimizdir.


Qıraqdan mafiozun “sağ əli” deyir ki, sən bizim şefə hörmət etməlisən, minnətdarlıq bildirməlisən. Lətifəsi Zelenskiyə dəyməsin, banda başçısı da deyir, iş ki belə oldu, onda mən sizə hörmət etmirəm. 15 dəqiqə çəkir və tərəflər silahları çıxarıb atışırlar, qan su yerinə axır.
Trampla Zelenskinin dialoqu o cür epizodlara oxşayırdı. Bircə Trampın əlində təsbeh yox idi. Onun “aağ əli” olan Vens isə özünü “Kurtlar vadisi”ndəki Mehmet Karahanlının “sağ əli” olan Kılıç kimi aparırdı. Bircə Vensin əlində kiçik cib bıçağı çatmırdı.
Siyasətçi də “mənə hörmət etmirsən”, “mənə minnətdarlıq bildirməlisən”, “mənim rəqibimi müdafiə etmisən” deyərmi? Deməz. Bu, 15 dəqiqədən artıq polemika apara bilməyən kriminal avtoritetlərin işidir.
Tramp özünü belə aparacaqsa, onda tezliklə ona “Təsbeh Tramp”, Vensə isə “Borzu Vens” ləqəbi qoyacaqlar.
Hüquqşünas, aktyor, jurnalist, həkim, yazıçı və sair peşə sahiblərinin siyasətçi olmasına gəlincə, burada vəziyyət başqa cürdür. Onlardan siyasətçi olur, amma aralarında yaxşıları-pisləri var. Belə baxanda ən yaxşı siyasətçi hərbçilərdən olur. Türkiyənin tarixinə baxırsan, 1988-ci ilə qədər dövlət başçılarının çoxu hərbçi olub. Başqa peşə sahibləri də olub, amma onları tez aşırıblar. Suriya onun kimi. 15 prezidenti olub, 10-dan çoxu generaldır. İraq eləcə, Misir o cür. Afrika ölkələrində polkovnik və ya general olmayan siyasətçini barmaqla saymaq olar. Elə ABŞ-nin də əvvəlki prezidentləri general olublar.
Yazıçılardan isə yaxşı prezident çıxmır. Vatslav Havel dissident yazıçıydı, Çexiyada prezidentliyi yola verdi.
Yazıq futbolçulardan da hələm-hələm prezident olmur. O vaxt Corc Vea Liberiyada pis yaxşı prezident oldu, amma o boyda Pele neçə dəfə Braziliyada prezidentliyə namizədliyini verdi, seçmədilər. Ötən ilin axırlarında isə Mixeil Kavelaşvili Gürcüstanda prezident seçildi. İntəhası, o da biznesmen İvanişvilinin əlinin altında prezidentlik edir. İvanişvili istəsə, siz bu yazını oxuyub qurtarana qədər onu işdən çıxarar.
İvanişvili biznesmendirr, Tramp qədər pulu var, amma ağıllı adamdır, özü prezident olmur, başqasını prezident qoyur, onu işlədir, özünü işə vermir, heç kəslə ağızlaşmır. Əsl siyasətçi elə olar. (musavat.com)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see269

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see230

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see227

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see223

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see223

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see222

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see219

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see219

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see208

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see203

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see202

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see200

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see199

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see199

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see197

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see189

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see183

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see178

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see166

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri