Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Texnologiya sinifə daxil oldu

Texnologiya sinifə daxil oldu

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Faydalarla yanaşı risklər də artır – hüquqi və etik çərçivə hələ formalaşmayıb


Kamran Əsədov: “Süni intellekt müəllimi əvəz etmir, onun imkanlarını artırır”


Süni intellekt texnologiyaları günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Təkcə texnologiya və sənaye sahələrində deyil, təhsil də daxil olmaqla bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur. 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə süni intellektin artıq iş həyatının ayrılmaz köməkçisinə çevrildiyini bildirib. Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edən sədr vurğulayıb ki, bu texnologiyanın düzgün istifadəsi xüsusi bilik və bacarıq tələb edir. Onun sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, əksinə, onu mənimsəyənlər üçün imkan, mənimsəməyənlər üçün isə məhdudlaşdırıcı faktora çevrilə bilər: “Vaxtilə kapitalizm haqqında deyilən fikir – "varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir" – indi süni intellekt üçün də keçərlidir: o, ağıllı insanları daha da ağıllı edir, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir”.

Məleykə Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi süni intellektdən əsasən imtahan nəticələrinin və sualların yoxlanması mərhələsində istifadə edir. Bununla belə, sistemə daxil edilən suallar insan mütəxəssislər tərəfindən hazırlanır və süni intellekt bu prosesə müdaxilə etmir.

Qeyd edək ki, təhsil, insan cəmiyyətinin əsas inkişaf sahələrindən biri olmaqla yanaşı, çoxsaylı sosial və iqtisadi dəyişikliklərə yön verir. Belə bir şəraitdə, süni intellektin təhsildə tətbiqi, yeni yanaşmalar, tədris metodları və qiymətləndirmə üsullarının yaranmasına təkan verir. 


Sözsüz ki, süni intellektin təhsildə tətbiqi həm böyük potensial, həm də ciddi məsuliyyət tələb edir. Gələcəyin təhsili yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda bu texnologiyaların etik, ədalətli və inklüziv şəkildə tətbiqi ilə formalaşacaqdır. Azərbaycan da bu prosesdən kənarda qala bilməz və bu istiqamətdə atılacaq hər bir addım gələcək nəsillərin daha keyfiyyətli və əlçatan təhsil almasına zəmin yarada bilər. Tədris prosesində insan amilinin zəifləməsi, şəxsi məlumatların təhlükəsizliyi, Sİ-nin qərarlarında şəffaflığın olmaması və etik məsələlər bu sahədə diqqətlə yanaşılması vacib olan məqamlardandır. Bundan başqa, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında rəqəmsal bərabərsizliyin dərinləşməsi təhlükəsi də mövcuddur.

 

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə qeyd edib ki, süni intellektin təhsil sahəsində tətbiqi artıq inkişaf etmiş ölkələrdə təkcə texnoloji yenilik deyil, strateji təhsil siyasətinin mühüm istiqamətinə çevrilib. Ekspert “Şərq”ə açıqlamasında bildirib ki, ənənəvi tədris yanaşmaları ilə texnologiya əsaslı təhsil arasında fərq yalnız metodlarda deyil, nəticələrin keyfiyyətində və sürətində də özünü göstərir: 

 “Ənənəvi sinifdə müəllimin fərdi şagirdə fokuslanma imkanı son dərəcə məhduddur, halbuki süni intellekt alqoritmləri bu işi saniyələr içində edə, fərdi tədris planları hazırlaya, zəiflikləri aşkar edə və nəticə yönümlü müdaxilə edə bilir. Bu baxımdan, süni intellektin təhsildə tətbiqi həm tədris prosesinin fərdiləşdirilməsi, həm idarəetmə sisteminin optimallaşdırılması, həm də sosial bərabərliyin dəstəklənməsi baxımından ciddi dönüş nöqtəsidir.

Təhsil sahəsində süni intellektin tətbiqi ilk növbədə fərdiləşdirilmiş tədris imkanları ilə diqqət çəkir. Məsələn, ABŞ-də tətbiq olunan “Carnegie Learning” platforması riyaziyyat fənni üzrə şagirdlərin hər bir cavabını təhlil edir və ona uyğun çətinlik səviyyəsində yeni tapşırıq təqdim edir. Çin isə “Squirrel AI” sistemi ilə hər bir şagirdin davranışını, cavab sürətini, zəif mövzularını təhlil edərək adaptiv tədris modelləri qurur. Bu cür sistemlər müəllimin fiziki olaraq çatdıra bilmədiyi fərdi dəstəyi avtomatlaşdırır və kütləvi təhsildə fərdi yanaşmanı mümkün edir. Eyni zamanda Sinqapur və Cənubi Koreya kimi ölkələr süni intellekti yalnız şagird yönümlü deyil, həm də idarəetmə və tədris yükünün optimallaşdırılması üçün istifadə edir. Müəllimlərə dərs planları, qiymətləndirmə meyarları və sinif performansına dair statistik hesabatlar təqdim edən sistemlər artıq geniş tətbiq olunur”.

Statistik göstəricilərin bu texnologiyanın nəticələrini təsdiqlədiyini vurğulayan ekspert xatırladıb ki, süni intellektin istifadə olunduğu məktəblərdə şagirdlərin STEM fənləri üzrə nəticələri 14 faiz yüksəlib: “Araşdırmalar zamanı bu texnologiyanın tətbiqi nəticəsində müəllimlərin dərsə hazırlıq və qiymətləndirməyə sərf etdiyi vaxtın da 30 faizə qədər azaldığı müəyyən edilib. Bu isə müəllimin daha çox yaradıcı və pedaqoji fəaliyyətə fokuslanmasına imkan verir.

Müsbət tərəflərlə yanaşı, süni intellektin təhsildə tətbiqi bir sıra risk və mənfi halları da gündəmə gətirir. Birincisi, texnoloji bərabərsizlik – bütün şagirdlərin texnologiyaya çıxışı bərabər deyil. Xüsusilə kənd məktəblərində internet və cihaz çatışmazlığı bu sistemlərdən effektiv istifadəni mümkünsüz edir. İkincisi, etika və məxfilik – süni intellekt platformaları şagirdlərin şəxsi məlumatlarını toplayır və bu, məlumatların təhlükəsizliyi və istifadəsi baxımından ciddi suallar doğurur. Üçüncüsü, müəllimin rolu – bəzi hallarda süni intellektin geniş tətbiqi müəllimlərin rolunun azaldılması təhlükəsi yaradır və pedaqoji münasibətlərin sıradan çıxmasına səbəb ola bilər. Yəni texnologiyanın yerinə müəllimi deyil, müəllimin yanında texnologiyanı düşünmək lazımdır”.

Azərbaycan təhsil sistemində süni intellekt tətbiqinin hələlik başlanğıc mərhələsində olduğunu xatırladan K.Əsədova görə, hazırda elektron jurnal, qiymətləndirmə sistemləri, bəzi platformalarda məhdud formada tətbiq olunan alqoritmlər mövcuddur: “Lakin bu sistemlər yalnız avtomatlaşdırma səviyyəsindədir, yəni tədrisin strukturuna dərin inteqrasiya olunmayıb. Nə dövlət strategiyalarında, nə də qanunvericilikdə süni intellektin təhsil sahəsində istifadəsini tənzimləyən konkret çərçivə yoxdur. “Təhsil haqqında” Qanunun 2009-cu il versiyasında texnologiyanın tətbiqi yalnız ümumi prinsip kimi qeyd olunur, amma süni intellektə dair konkret mexanizm, məsuliyyət və normativ baza hələlik yoxdur. Bu isə həm texniki, həm hüquqi, həm də etik risklərin qarşısının alınmasını çətinləşdirir”.

K.Əsədovun fikrincə, yaxın illərdə süni intellektin tətbiqi ilə təhsil sistemində bir sıra dəyişikliklər baş verəcək: “Şagirdin bilik və bacarıqları yalnız test nəticəsi ilə deyil, davranış modeli, mövzu üzrə cavab dərinliyi, interaktiv fəaliyyətləri ilə ölçüləcək: “Müəllimlərin fəaliyyətinə dair hesabatlar daha obyektiv və nəticə yönümlü olacaq. Tədris planları regional və lokal ehtiyaclara uyğun şəkildə, data əsaslı şəkildə yenilənəcək. Bu isə sistemli, fərdiləşdirilmiş və ədalətli təhsil modelinin formalaşmasına təkan verəcək. Lakin bu dönüş yalnız texnologiyanın gətirilməsi ilə deyil, eyni zamanda müəllimlərin, idarəedicilərin və cəmiyyətin texnoloji savadlılığı ilə mümkündür. Buna görə də, süni intellektin təhsildə uğurlu tətbiqi üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi, texnoloji infrastruktura bərabər çıxışın təmin olunması, müəllimlərin bu texnologiyalarla işləmək bacarığının artırılması və etik standartların müəyyənləşdirilməsi prioritet sahələr olmalıdır. Əgər bu amillər balanslı şəkildə nəzərə alınarsa, süni intellekt təkcə texnoloji yenilik deyil, həm də təhsil sisteminin keyfiyyət və ədalət meyarlarına uyğun transformasiyası üçün mühüm alətə çevriləcək”.

Şəymən 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri