Icma.az
close
up
RU
Texnoloji inqilabın unudulan tərəfi: Gələcək nəsillər üçün təhlükələr

Texnoloji inqilabın unudulan tərəfi: Gələcək nəsillər üçün təhlükələr

Icma.az, Azvision saytına istinadən bildirir.

Xeyli vaxtdır ki, cəmiyyətimiz texnoloji innovasiyaları böyük həvəs və həyacanla qəbul edir. Ona tənqidi yanaşan, insan həyatına təsirlərinin mənfi tərəfini düşünənlər çox azdır.
Sosial mediadan tutmuş onlayn tanışlıq platformalarına və e-öyrənməyə qədər rəqəmsal texnologiyanın sürətli inkişafı insanların qarşılıqlı ünsiyyət mədəniyyətini kökündən dəyişdirməklə qalmayıb, ünsiyyət potensialının, əlaqələrin güclənəcəyinə dair vədlər verir. Elə təkcə ötən ay Çin süni intellekt sahəsində ABŞ-a meydan oxuyaraq özünün DeepSeek layihəsi ilə investorları heyrətləndirməyi bacardı.
Təəssüf ki,texnologiyalar üstün yeniliklər gətirməklə yanaşı təhlükələr də yaradır. Bu barədə “Human Technology” Mərkəzinin həmtəsisçisi və texnologiya etikası üzrə mütəxəssis Tristan Harris də Davosda CEO-ların qarşısında “süni intellekt sunamisinin yaxınlaşdığını” bildirərək xərdarlıq etmişdi.
Hazırda müşahidə etdiyimiz bu mədəni dəyişiklik, əslində, “bəşəri dəyişiklik” adlandıra biləcəyimiz daha geniş bir prosesin tərkib hissəsidir. Qlobal iqlim dəyişikliyinin ciddi tədbirlər tələb etdiyi kimi, texnologiyanın insanlara, xüsusilə də uşaqlarımıza və gənc nəsilə təsiri də eyni dərəcədə diqqət mərkəzində olmalıdır. Əks halda, gələcəkdə bunun ağır nəticələri ilə üzləşəcəyik. Manipulyativ alqoritmlər, asılılıq yaradan dizayn xüsusiyyətləri və “diqqət iqtisadiyyatı”na əsaslanan biznes modelləri insan potensialını gücləndirmir, əksinə zəiflədir.
Ən böyük risk – uşaqlarımızın gələcəyi
Uzun-uzadı araşdırmalar göstərir ki, müasir uşaqlar real həyatda ünsiyyətdən çəkinirlər və daha çox virtual dünyaya meyllənirlər. Bu isə "təklik epidemiyası"nın yayılmasına, uşaqlarda sosial bacarıqların - emosional intellektin, dözümlülüyün və real münasibətləri inkişaf etdirmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Problemin miqyası ortadadır: biz texnoloji inqilabın uşaqlarımızın potensialını sarsıtdığı və tənhalığa sövq etdiyi bir dövrdəyik.
Məsələn, Azərbaycanda yeniyetmələr gün ərzində orta hesabla səkkiz-doqquz saat ekran qarşısında vaxt keçirir, bunun da təxmini beş saatını sosial mediaya sərf edirlər. Elmi araşdırmalar göstərir ki, sosial mediada çox vaxt keçirən uşaqlar geribildirimlərə qarşı olduqca həssas olur və bu, onlarda gərginlik (tibdə-anksiyete) yaradır. “Narahat Nəsil” kitabının müəllifi, psixoloq Conatan Haydt da xəbərdarlıq edir ki, smartfon və digər elektron cihazlardan normadan artıq istifadə gənclərdə diqqət pozğunluğu yaradır və onların problem çözmə bacarığını azaldır.
Problemin astanasında
Məsələ burasındadır ki, bütün bunlar gələcəyin problemi deyil, biz artıq fəsadları hiss edirik. İşəgötürənlər "Z" nəslinin (Gen-Z) nümayəndələrini işə götürməkdə tərəddüd edirlər, çünki bu nəsilin problem həll etmə bacarıqları kasaddır, ünsiyyət qurmağa çətinlik çəkirlər, fikirləri sayrışandır və tənqidə tab gətirmirlər. Bir çox şirkət iş müsahibələri zamanı gənclərin göz kontaktı qurmaqda çətinlik çəkdiyini bildirir ki, bu da virtual ünsiyyətin dominant olduğu bir nəsilə xas bir xüsusiyyətdir.
Təhlükəni görmək və tədbir tökmək vaxtıdır
Texnologiyanın insan həyatına təsirləri mütəmadi diqqət mərkəzində olmalıdır. Müvafiq şirkətlərin AI ( "Artificial İntellegence"- Süni İntellekt) sahəsində üstünlük uğrunda mübarizə apardığı bir dövrdə insan amilinin prioritet olmalıdır.
Problemin miqyası aydındır: biz uşaqlarımızın potensialını məhdudlaşdıran və cəmiyyətdə təkliyi körükləyən texnoloji inqilab yaşayırıq. Bu, təkcə valideynləri deyil, bütün cəmiyyəti narahat etməlidir. Hər birimiz məsuliyyət daşıyırıq.
Valideynlər uşaqlarının 16 yaşına qədər smartfon və sosial mediadan uzaq qalmasını təmin edə bilərlər. Məktəblər isə telefonları qadağan etməlidirlər, çünki sübut olunub ki, smartfonsuz mühit diqqəti, akademik nəticələri və psixi sağlamlığı yaxşılaşdırır. Hökumətlər də hərəkətə keçməlidirlər: texnologiya şirkətlərini daha ciddi tənzimləməli və “qayğı borcu” prinsipini tətbiq etməlidirlər. Məsələn, Avstraliya 16 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan edərək nümunə göstərib. Süni İntellektdən qaynaqlanan risklərin qarşısını almaq üçün Böyük Britaniya
"İnternet Təhlükəsizliyi" qanununu, Aİ isə "Rəqəmsal Xidmətlər" aktını qəbul edib.
Hərçənd ən böyük məsuliyyət texnologiya kompaniyalarının üzərinə düşür. Onlar biznes strategiyalarında uşaq təhlükəsizliyini hər şeydən üstün tutmalıdırlar. Əks halda, cinayət məsuliyyətinə cəl edilməlidirlər. Xatırladaq ki, Character.AI uşaqlara zərər vurduğuna görə, TikTok isə “Blackout Challenge” çağırışı nəticəsində uşaq ölümlərinə səbəb olduğu üçün məhkəməyə verilib. Təbii ki, bu, onların təkcə imiclərinə deyil, həm də maliyyə göstəricilərinə ciddi ziyan vuracaq.
Bir sözlə, gələcək nəsillərin rifahı həm biznes, həm də siyasət gündəminin mərkəzində olmalıdır. Texnoloji inqilab fonunda uşaqları qorumaq təkcə mənəvi borc deyil, eyni zamanda cəmiyyətimizin gələcəyi üçün zəruridir. Əgər bu məsələyə indi müdaxilə etməsək, gələcək nəsillər ciddi fəsadlarla üzləşə bilər. Texnologiyanın insan yönümlü olması üçün onu düzgün idarə etməliyik.
Səbinə Həsənova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri