Icma.az
close
up
RU
Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində iki uçuş heyəti üzvü, böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub.
Xəsarət alan şəxslər isə Aktaudakı Mangistau vilayət xəstəxanasına çatdırılıb.
Bizim.Media Qazaxıstanın Manqistau Vilayət Xəstəxanasının şöbə müdiri Janar Baymanova ilə həmsöhbət olub.
Qəza gününü xatırlayan Baymanova bildirib ki, sözügedən qəza Aktauda ilk belə hadisə idi:
 

“Xəstəxanamıza heç vaxt qəza ilə bağlı bu sayda xəsarət alan daxil olmamışdı. Bəli, əslində, 25 dekabrdan 30 dekabr 2024-cü ilə qədər olan dövr mənim təcrübəmdə çox gərgin və yüksək məsuliyyətli bir dövr kimi yadda qaldı. Bu cür çoxsaylı ağır xəstələrin eyni anda daxil olması, təbii ki, çox nadir hallarda baş verir.Digər tərəfdən, bu hadisənin ictimai rezonansı, üstəlik beynəlxalq statusu narahatedici idi. Həkimlərimiz üçün də çətinliklər mövcud idi. Onlar üçün də, əlbəttə ki, bu böyük bir məsuliyyət idi. Çünki onların növbələri, müəyyən iş qrafikləri yox idi və demək olar ki, fasiləsiz, 24 saatlıq rejimdə işləyirdilər”.


Baymanova bildirir ki, hadisənin üzərindən bir il keçsə də, onlar həmin günü yenə xatırlayırlar. Onlar həmin günlərdə Azərbaycanlı həkimlərlə birlikdə sağ qalan yaralıların həyatını xilas etmək üçün dayanmadan çalışıblar:
“Əlbəttə ki, bu pasiyentlərin vəziyyəti ağır idi. Bir neçə pasiyentdə ürək dayanması baş vermişdi, xoşbəxtlikdən anestezioloq, reanimatoloq, cərrah, neyrocərrah, travmatoloq və digər ixtisaslaşmış həkimlərin vaxtında və təcili tibbi müdaxilə ilə onların həyatını xilas etmək mümkün oldu.
Təyyarə qəzasından sonra pasiyentlər arasında itki olmadı. Manqistau üçün yalnız yaralılara keyfiyyətli tibbi yardım göstərmək deyil, həm də yaxınlarına, dost ölkələrdən gələn ziyarətçilərə mənəvi və psixoloji dəstək vermək vacib idi. Bu hadisə bizim xəstəxanın tarixində ilk idi”, - deyə J.Baymanova əlavə edib.
Xatırladaq ki, qəzada xəsarət alan Azərbaycan vətəndaşları Manqistau Vilayət Xəstəxanasında zəruri tədbirlər görüldükdən sonra ölkəmizə təxliyə olunmuşdular.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri