Icma.az
close
up
RU
Tibb Universitetinin dosneti yayılan virusların dərmansız müalicə yollarını AÇIQLADI

Tibb Universitetinin dosneti yayılan virusların dərmansız müalicə yollarını AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Müasir dövrdə, təəssüf ki, yeni xəstəliklər meydana çıxır. Mövsüm dəyişiklikləri payız, qış və yaz ayları insan orqanizmində müəyyən fizioloji dəyişikliklərə səbəb olur. İnsan bədəninin immun sistemi isə bütün orqanların bir-biri ilə əlaqəli, nizamlı və intizamlı şəkildə fəaliyyət göstərməsidir. Bu sistem orqanizmin gücünü, xarici təsirlərə və təhlükələrə qarşı dözümlülüyünü ifadə edir. Sinir sisteminin sakitliyi, düzgün qidalanma, təmiz hava və su, eləcə də keyfiyyətli qidalar immun sisteminin formalaşmasında əsas rol oynayır. Uşaqlara gəldikdə isə onların sağlamlığının möhkəm təməlləri çox erkən yaşlardan qoyulmalıdır".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev son dövrlərdə yayılan xəstəliklərə qarşı həkim nəzarəti olmadan antibiotiklərdən istifadə edilməsi haqqında danışarkən bildirdi.

"Xalq arasında qədimdən gələn bir ənənə var: səhər saatlarında uşaqların bədəninin nəm dəsmalla yavaş-yavaş silinməsi. Bu üsul uşağın bədənini tədricən soyuğa alışdırmağa, immunitetini gücləndirməyə kömək edir. Düzgün qidalanma da xüsusi əhəmiyyət daşıyır. Əvvəlcə göy-göyərtiyə üstünlük verilməli, bir qədər sonra digər yeməklər qəbul edilməlidir. Xüsusilə ət yeməklərinin çörəklə həddindən artıq yeyilməsindən çəkinmək lazımdır. Ət və digər bərk qidalar yaxşı çeynənməlidir ki, mədəyə əlavə yük düşməsin və sonradan müxtəlif patologiyalar yaranmasın. Bunlar həm xalq təcrübəsinə əsaslanan, həm də elmi cəhətdən sübut olunmuş sağlam qidalanma prinsipləridir. Bu qaydalara əməl olunmadıqda orqanizmdə müxtəlif pozuntular yaranır. Nəticədə temperatur, öskürək, burun axıntısı və digər əlamətlər ortaya çıxır. Bu hallar müxtəlif səbəblərlə, o cümlədən viruslarla əlaqədar ola bilər", - deyə o vurğuladı.

Həkim qeyd etdi ki, virus mənşəli xəstəliklərə antibiotiklərin heç bir təsiri yoxdur:

"Antibiotiklər saf viruslara qarşı təsirsizdir. Azacıq temperatur yüksələn kimi dərman qəbul etmək, xüsusən də uşaqlara dərman vermək düzgün yanaşma deyil. Belə hallarda isti vanna qəbul etmək, bol maye içmək, mürəbbəli çaylar, zoğallı, turş gilaslı, qarağatlı içkilər qəbul etmək daha məqsədəuyğundur. Antibiotiklərə və ümumiyyətlə dərmanlara gəldikdə isə onları həkim məsləhəti olmadan qəbul etmək qəbuledilməzdir. Mən dəfələrlə vurğulamışam ki, təkcə antibiotiklər yox, istənilən dərman yalnız həkim göstərişi ilə qəbul olunmalıdır. Heç bir dərmanı özbaşına qəbul etmək olmaz. Hətta tibblə bağlı əsas arzularımdan biri də budur ki, apteklərdə dərmanlar, xüsusən antibiotiklər reseptsiz satılmasın", - deyə Aydın Əliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri