Icma.az
close
up
RU
“Tik Tok” mübahisəsi qanla bitdi: Evinə getdi, söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb... TƏFƏRRÜAT

“Tik Tok” mübahisəsi qanla bitdi: Evinə getdi, söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb... TƏFƏRRÜAT

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda 1999-cu il təvəllüdlü Azər “Tik-Tok” sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Masallı rayon sakini Azər bu il aprelin 28-də zərərçəkmiş şəxsə “WhatsApp” mobil tətbiqindən zəng edib və “Tik-Tok” sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib.

O, zərərçəkmiş şəxsin yaşadığı ünvanını öyrənib və saat 22 radələrində onunla Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb, birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini deyib, “Tik-Tok” sosial şəbəkəsində olan yazışmanı göstərməsini istəyib. Azər yazışmanı sildiyini deyib.

Daha sonra birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Oradan siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə yollanıb.

Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib. Təxminən 1 saat sonra geri qayıdıb.

O, aprelin 29-da gecə saat 1 radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib və yataq otağında arxası evin giriş qapısına tərəf paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərblər vurub.

Elçin özünü müdafiə etmək üçün çevriləndəyenə də çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən döşəmə üzərinə yıxılıb. Azər hərəkətlərini davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub.

Elçinin döşəmə üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini görüb. Onu öldürdüyünü düşünərək evdən çıxıb.

Bundan sonra Azər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, zərərçəkmiş şəxsi “Tik-Tok” sosial şəbəkəsində tanıyıb: “Mən sosial şəbəkədə şəklimi paylaşdım, zərərçəkmiş şəkilimin aşağısından ünvanıma nalayiq ifadələr işlətdi. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndi, ünvanıma nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi. Daha sonra evinin yaxınlığında zərərçəkmiş şəxslə görüşdüm. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğuna görə məni öz evinə dəvət etdi, məni taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə iki bıçaq zərbəsi vurduğunu xatırlayır: “Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları məni hadisə yerindən apardılar. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. Maştağada 3-4 ay müddətində, Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam”.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri