TikTok Azərbaycanda 2025 ci ilin yekunlarını təqdim edib FOTO
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.
TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 17 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















