Icma.az
close
up
RU
TikTok “Cannes Lions” 2026 da yeni kreativ həllərini təqdim edib

TikTok “Cannes Lions” 2026 da yeni kreativ həllərini təqdim edib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq “Cannes Lions” 2026 Yaradıcılıq Festivalında (“Kann Şirləri” 2026) TikTok platforması agent əsaslı süni intellektə əsaslanan yeni həlli – Symphony Agent-i təqdim edib. Bu həll brendlərə ilhamverici ideyaları daha sürətli və daha geniş miqyasda yüksək effektiv kampaniyalara çevirməyə kömək etmək üçün nəzərdə tutulub.

Agent əsaslı süni intellekt vasitəsilə yaradıcılıq potensialının üzə çıxarılması

Bugünkü marketoloqların qarşısında indiyədək görünməmiş dərəcədə mürəkkəb bir vəzifə dayanır: daha sürətli işləmək, daha çox məzmun yaratmaq və real vaxt rejimində mədəni trendləri izləmək. TikTok-un süni intellekt sahəsindəki ən yeni həlli olan Symphony Agent mədəni kontekst və trendlərin dərindən başa düşülməsinə əsaslanır və reklamçılara platformaya uyğunlaşdırılmış kampaniyaları operativ şəkildə və geniş miqyasda yaratmağa kömək etmək üçün hazırlanıb.

Symphony Agent süni intellekt tərəfindən yaradılmış məzmunun işarələnməsi, görünməyən su nişanları və moderasiya filtrləri də daxil olmaqla daxili təhlükəsizlik mexanizmləri ilə hazırlanıb. O, reklamverənin məqsədlərini ən uğurlu məzmunun analitikası və yeni trendlərlə birləşdirərək ideyaların hazır həllərə çevrilməsinə kömək edir. Bu əsasda alət fərdiləşdirilmiş video materialları yarada, müəlliflərdən uyğun məzmun seçə və kampaniyanın maksimum effektivliyini təmin etmək üçün ən uyğun kontent yaradıcılarını müəyyən edə bilir.

Symphony Agent TikTok-un kreativ həllər ekosisteminə inteqrasiya olunub və reklamverənlərə ideyalarını daha sürətlə həyata keçirməyə kömək edir. Azərbaycanda bu həll Symphony Creative Studio platformasında əlçatan olacaq. Burada AI əsaslı çat vasitəsilə cəmi bir neçə dəqiqə ərzində yüksək effektivliyə malik TikTok reklamları hazırlaya biləcəklər.

"Yaradıcılıq hər zaman TikTok təcrübəsinin əsasını təşkil edib və agent əsaslı AI ideyaların hazırlanması və həyata keçirilməsi üçün tamamilə yeni imkanlar açır", – deyə TikTok-un Yaxın Şərq, Türkiyə, Afrika, Latın Amerikası, Mərkəzi və Cənubi Asiya regionları üzrə Qlobal Biznes Həlləri departamentinin rəhbəri Şadi Kandil bildirib.
"Symphony Agent sayəsində brendlər auditoriyanı anlamaqdan kreativ konsepsiyaların hazırlanmasına, məzmunun yaradılmasından isə ölçülə bilən biznes nəticələrinin əldə edilməsinə qədər bütün mərhələləri əvvəlkindən daha sürətlə keçə bilirlər. İstər TikTok üçün xüsusi hazırlanmış kampaniyaların yaradılması, istər uyğun müəlliflərin və istifadəçilər tərəfindən yaradılan məzmunun tapılması, istərsə də kampaniyaların eyni vaxtda bir neçə bazarda genişləndirilməsi olsun, bu alətlər innovativ texnologiyalar vasitəsilə yaradıcı potensialı maksimum dərəcədə reallaşdırmağa və daha yüksək nəticələr əldə etməyə kömək edir."

Auditoriya getdikcə daha çox orijinal, aktual və cəlbedici hesab etdiyi məzmuna üstünlük verdiyi üçün məhz kreativlik TikTok-da biznesin inkişafının əsas amilinə çevrilir. Süni intellekt əsaslı alətlər, müəlliflərlə daha sıx əməkdaşlıq və icmalarla qarşılıqlı əlaqə üçün yeni imkanlar sayəsində TikTok brendlərə auditoriyada əks-səda doğuran və ölçülə bilən biznes nəticələri gətirən məzmun yaratmağa dəstək verməyə davam edir.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri