Tiktok da təbii süd məhsulu satan şəxsin yalanı üzə çıxdı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yoxlama keçirilib.
Bu barədə Sherg.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan Tiktok və İnstaqram sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.
Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 May 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















