Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tiktokda tanış olub ailə qurduğu qadını qətlə yetirdi: “Xəyanət edirsən...” Şok təfərrüat

Tiktokda tanış olub ailə qurduğu qadını qətlə yetirdi: “Xəyanət edirsən...” Şok təfərrüat

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqatala rayonunda 1991-ci il təvəllüdlü Altay şəxsi münasibətlər zəminində mübahisə zamanı keçmiş arvadı Mətanəti (adlar şərti göstərilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Altay 2022-ci ildə Tik-Tok sosial şəbəkəsində tanış olaraq rəsmi qaydada evləndiyi Zaqatala rayon sakini Mətanətlə birgə yaşadığı müddətdə onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərindən xəbər tutub və mütəmadi olaraq düşünüb ki, həyat yoldaşı ona ya xəyanət edib, ya da edəcək.

Aralarında mübahisələr yaranması səbəbi ilə 2023-cü ildə Altay boşanmaq üçün rəsmi qaydada ərizə ilə müraciət edib. 6 saylı “ASAN xidmət” mərkəzi tərəfindən nikahın pozulmasına dair şəhadətnamə verilməsindən bir müddət sonra onlar yenidən ər-arvad kimi birlikdə yaşamağa başlayıblar.

Lakin Altay təkrar həyat yoldaşının xəyanət etməsi gümanıyla mübahisələr yaradıb, Mətanət ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Altay onun ayrılmaqda məqsədinin başqa şəxslə münasibət qurması kimi qəbul edib, onu öldürmək qərarına gəlib, Bakıdan Zaqatalaya yollanıb. O, Mətanətin işə gəlməsini gözləyib.

Səhər saatlarında həyat yoldaşının gəldiyini görüb, yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirib. Yenidən barışaraq birlikdə yaşamağı təklif etdikdə Mətanət başqa şəxslə münasibəti olduğunu deyib. Altay bıçağı çıxaraq ona xəsarətlər yetirib. Ağır xəsarətlər alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Altayın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Altay ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisənin baş verdiyi gün Mətanətin telefonuna onun səsini eşitmək və onunla danışmaq istədiyini yazsa da, mesaj ünvana çatmayıb: “Bundan sonra hazırlanaraq Zaqatala rayonuna gəldim. Həmin vaxt üzərimdə bıçaq vardı. Düşünürdüm ki, bıçaqla Mətanəti qorxudaraq maşın tutub, birlikdə Bakı şəhərinə qayıdarıq.

Səhər saatlarında Mətanəti yolun kənarında gözlədim. Yaxınlaşaraq yalvardım ki, mənimlə Bakı şəhərinə getsin. Səhvlərim olmasına baxmayaraq mən Mətanəti sevirdim. Bütün bunlara baxmayaraq, Mətanət Bakı şəhərinə gəlməyəcəyini, həyatında başqa şəxsin olduğunu bildirdi. Həyatındakı kimin olduğunu soruşdum. Cavabda dedi ki, onun kim olduğunu sən bilirsən. Belədə dedim ki, həm səni, həm dı özümü öldürəcəyəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Mətanət onda bıçaq oludğunu biləndə yolun qarşısına keçib: “Bu vaxt qabaqdan “Vaz 2106” markalı maşın gəldi və Mətanət maşını görərək kömək istəməyə başladı. Mən də ona yaxınlaşdım, əlindən tutdum, birlikdə Bakı şəhərinə getməyi təklif elədim. O isə israrla həyatında başqasının olduğunu söylədi. Bu vaxt özümdən çıxdım və Mətanətə bıçaq zərbələri vurdum.

Mətanətlə rəsmi qaydada boşanmışıq. Boşandıqdan sonra bir ara barışmışıq. Onu öldürmək niyyətim olmayıb. Mən onu qorxutmaq məqsədilə özümlə bıçaq götürmüşəm. Bıçağı ona göstərmişəm, o da qorxaraq yolun qarşı tərəfinə keçib.

Mətanəti necə vurduğumu bilmədim. Çünki həmin vaxt əsəbləşib özümdən çıxmışdım. Ona iki bıçaq zərbəsi vurduğumu xatırlayıram. Ola bilsin, Mətanətə 14 bıçaq zərbəsini mənə müqavimət göstərməyə çalışan vaxt vurmuşam. Bıçaqla vuran vaxt o mənə yalvarmayıb.

Mətanət telefonumu bloka atmışdı. Mən də ona başqa nömrədən zəng edərək məni blokdan çıxarmasını xahiş elədim. Hadisə günü zəngləşməmişdik. Mən onun gedib-gəldiyi yolu bilirdim. Mən barışmaq istəyirdim. Lakin o razı deyildi.

Zaqatala şəhərinə hadisədən 3-4 gün əvvəl də gəlmişdim. Bir də hadisə günü gəldim. Hadisə olan ərazi xəstəxanaya yaxındır. Mən köməyə gələnlərə müdaxilə etməmişəm”.

İş üzrə zərərçəkmiş Mətanətin hüquqi varisi qismində anası ifadə verib: “Mətanət səhv etmirəmsə, 2009-2010-cu illərdə Vüqar adlı şəxslə ailə həyatı qurdu. Bu nikahdan bir qız övladı oldu. Boşandıqdan sonra kənddə bizimlə yaşamağa davam etdi. Uşağına baxmaq üçün müxtəlif işlərdə çalışırdı.

2022-ci ilin sentyabr ayında Altayla tanış oldu və ailə qurmağa qərar verdilər. Onların hansı şəraitdə tanış olmaları barədə heç bir məlumatım yoxdur. Altayın ailəsi qızımla evlənməsinə razı deyildi.

Altay Mətanətlə ailə qurub Şamaxı rayonunda özünə məxsus evdə yaşayacaqlarını qeyd etdi. Rayonlar arasında xeyli məsafə olduğundan Altay və onun ailə üzvlərini dərindən tanımadığımız üçün razılıq vermədim. Lakin Mətanət sözümə baxmadı, Altayla gedərək ailə həyatı qurdu. Biz də vəziyyətlə barışdıq.

Ailə qurduqdan sonra Altayın valideynlərinin boşandığı, onun ümumiyyətlə evinin olmadığı, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşadığı məlum oldu. Mətanətin qızı Səma kənddə təhsil aldığından bizimlə qaldı. Fürsət yarandıqda Mətanət qızını yanına aparır və ya rayona gələrək ona baş çəkirdi.

İlk vaxtlarda qızımla həyat yoldaşının münasibətləri normal idi. Evləndiklərindən bir qədər sonra Altay işləməkdən imtina etdi, bütün günü evdə oturmağa başladı. Mətanət isə yaşadıqları ərazidə mağazalarda satıcı işləyərək ailəsinə maddi dəstək olmağa çalışdı.

Mətanətin birinci ərinin aliment ödənişləri kart hesabına toplanırdı. Altayın təkidi ilə Mətanət həmin kartda olan pulları da çıxararaq ona verir, Altay da həmin pulu özü üçün xərcləyirdi.

Mətanət mənimlə danışan vaxtlarda bir neçə dəfə Altayın onu döydüyünü dedi. Mətanət ayrılıb kəndə qayıtmaq istəsə də, Altay müxtəlif yollarla mənə mane oldu. Səhhətimdə problemlər olduğu üçün mənə çox söz demədiyindən Mətanətlə Altayın arasında baş verənlər barədə tam məlumatım yoxdur”.

Qətlə yetirilən qadının anası qeyd edib ki, münasibətləri yaxşı olmadığına görə Mətanət 2023-cü ilin yay aylarında rəsmi qaydada Altaydan ayrılıb: “Bundan sonra Altayın özü və qohumları xahiş edərək Mətanəti fikrindən daşındırdı, hər şeyin yaxşı olacağına onu inandırdılar. Mətanət də ikinci dəfə qurduğu ailəsi dağılmasın deyə geri döndü.

Lakin heç bir şeyin dəyişmədiyini və dəyişməyəcəyini görəndə 2023-cü il noyabr ayının 10-da Mətanət qızını da götürüb Bakıdan Zaqatala rayonuna qayıtdı, “Osmanlı” dönər evində ofisiant işləməyə başladı.

Bundan bir gün sonra Altayın Zaqatala şəhərinə gəldiyini və Mətanəti geri qaytarmaq üçün onun yoluna çıxdığını öyrəndim.

Altayın qaldığı otellə əlaqə saxladım, Zaqatalada olduğunu dəqiqləşdirdikdə zəng edərək onunla bir qədər kobud formada danışdım, Zaqatala rayonundan getməsini və bir daha Mətanəti narahat etməməsini, əks halda polisə şikayət edəcəyimi söylədim.

Altay peşman olduğunu, Mətanətlə barışaraq onu aparmaq istədiyini söyləsə də, ona qızımın belə bir fikrinin olmadığını dedim və bir daha bizi narahat etməməsini xahiş elədim”.

Hüquqi varis qeyd edib ki, məlum hadisə günü Mətanət səhər saatlarında işə gedib, bir qədər sonra isə səhhətində problem yarandığı üçün xəstəxanaya aparıldığı barədə ona məlumat verilib: “Mətanətin telefonuna zəng etsəm də cavab vermədiyi üçün narahat oldum. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gəldim. Xəstəxanada Altayın Mətanəti bıçaqlayaraq öldürdüyü məlum oldu.

Mətanətdən ayrıldığı vaxtlarda Altay özünü öldürəcəyini deyirdi. Son zamanlarda isə ayrılacağı halda Mətanəti və bizi öldürəcəyi ilə hədələyirdi. Bildiyim qədəri ilə Mətanətlə Altay arasında bir neçə dəfə mübahisə olub, Altay Mətanəti vurub. Lakin nə qızım, nə də biz hüquq-mühafizə orqanına müraciət etməmişik”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Altay 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri