Tiktoker “Roşka“nın məhkəmə istintaqı yekunlaşıb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində tərəflərin ifadələri yenidən elan edildikdən sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxışlar mərhələsində vaxt məhdudiyyəti yarandığından proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov 2025-ci ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
"Roşka"nın barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:67
Bu xəbər 13 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















