Tofiq Bəhramovun 100 illik yubleyinə həsr oıunmuş futbol turniri keçirilib FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı təşkil edilib. SİA xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yubley matçında topa ilk simvolik zərbəni Tofiq Bəhramovun nəticəsi Bəhram Bəhramov vurub. Sonra turnir açıq elan edilib.
Gərgin mübarizə şəraitində keçən matçın sonunda futbol veteranları 8:3 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Banuçiçək Hüseynli

Tofiq Bəhramovun 100 illik yubileyi qeyd olunacaq
28 Yanvar 2025 11:51
Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı keçirilib
30 Yanvar 2025 17:46
Tofiq Bəhramovun anadan olmasının 100 cü ildönümüdür
29 Yanvar 2025 09:50
Tofiq Bəhramovun anım günü keçirilib FOTO
27 Mart 2025 19:20
Tofiq Bəhramovun xatirəsi anılıb
30 Yanvar 2025 09:28

