Icma.az
close
up
RU
Toğrul Əsgərov: Dövlət tərəfindən Azərbaycan idmançılarına olan diqqət və qayğı danılmazdır AZƏRTAC

Toğrul Əsgərov: Dövlət tərəfindən Azərbaycan idmançılarına olan diqqət və qayğı danılmazdır AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

“Dövlət tərəfindən Azərbaycan idmançılarına olan diqqət və qayğı danılmazdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionu bildirib ki, yeni nəsil güləşçiləri üçün ideal şərait yaradılıb: “Azərbaycan Güləş Federasiyası tərəfindən Bakıda və bölgələrdə yeni məşq zalları inşa etdirilib, köhnə idman obyektləri isə təmir olunub. Hər zaman bizə qarşı olan sevgi və dəstəyi hiss etmişik. Bunu gənc güləşçilərimiz də görürlər. Onlar gələcəyin dünya, Avropa və Olimpiya çempionlarıdır. Hazırda potensialı yüksək olan uşaqlar var. Qadın güləşçilər arasında Jalə Əliyeva, Ruzanna Məmmədova, Günay Qurbanova, Esra Məmmədli, Məryəm Hacıyeva, Zəhra Kərimzadə və Fatimə Bayramovanı qeyd edə bilərəm. Hər biri böyük gələcək vəd edir”.

Onun fikrincə, böyük idmançı olmaq istəyən şəxs ilk növbədə sağlam düşüncədə olmalıdır: “Bu, həm kişi, qadın idmançılara aiddir. Çünki hər şey psixologiyadan başlayır. Düşüncəsi sağlam olan idmançının digər problemini də həll etmək asan olur”.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci ildə “London-2012” Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. İdmançı həmin il Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa çempionu olub. O, "Rio-2016"da isə gümüş medal əldə edib. Titullu veteran güləşçi 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarının da qalibidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri