Icma.az
close
up
RU
Tokayev: Qazaxıstan üç il ərzində Transxəzər konteyner daşımalarını iki dəfə artırmağı planlaşdırır

Tokayev: Qazaxıstan üç il ərzində Transxəzər konteyner daşımalarını iki dəfə artırmağı planlaşdırır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 31 may, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini (Orta Dəhliz – red.) inkişaf etdirərək ölkələrimiz əslində qədim İpək Yolunu yeni əsaslar üzərində dirçəldir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mərkəzi Asiya – İtaliya” sammitində çıxışı zamanı bildirib.

“Ötən il bu dəhlizin Qazaxıstan ərazisindən keçən hissəsində konteyner daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon ton təşkil edib. Üç il ərzində bu göstəricinin ikiqat artırılmasını hədəfləyirik”, – deyə Tokayev bildirib.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi, nəqliyyat gəmilərinin birgə istehsalının təşkili istiqamətində sistemli addımlar atır.

“Bütün bunlar Transxəzər dəhlizinin cəlbediciliyini artırır. Xüsusən nəzərə alaq ki, Çin ilə Avropa arasındakı quru daşımalarının 80 faizi Qazaxıstan ərazisindən keçir”, – deyə Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti italiyalı tərəfdaşlarını dəhlizin inkişafında fəal iştirak etməyə dəvət edib və Orta Dəhlizin Avropa nəqliyyat şəbəkəsinə və “Global Gateway” təşəbbüsünə inteqrasiyası məsələsində İtaliyanın dəstəyinə ümidvar olduğunu bildirib.

“Əminəm ki, birgə səylərlə Transxəzər dəhlizini Xəzərdən Adriatikə qədər uzanan Asiya ilə Avropa arasında ən etibarlı və təhlükəsiz körpülərdən birinə çevirə bilərik”, – deyə siyasətçi qeyd edib.

Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat dəhlizi Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri