Icma.az
close
up
RU
”Torpaqlar itiriləndə Bakı meydanlarında bir birinə “bəy” deyə müraciət edirdilər”.. Zahid Oruc

”Torpaqlar itiriləndə Bakı meydanlarında bir birinə “bəy” deyə müraciət edirdilər”.. Zahid Oruc

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Xankəndi İqtisadi Zirvəsi çoxəsrlik mübarizə tariximizin parlaq yekunudur".

İlk növbədə, Qarabağ qədim Qafqaz Albaniyası, daha sonra xanlıq, əyalət, Şuşa qəzası, muxtar vilayət və son 30 illik ikinci erməni dövləti avantürasına qurban verildiyi bütün mövcudluğu tarixində heç vaxt indiki qədər sülh, quruculuq və beynəlxalq siyasət paytaxtına çevrilməyib. O cümlədən, Xankəndi şəhəri sovetlərin son 70 ilində demoqrafik, iqtisadi və siyasi baxımdan erməni planlarına, gələcək separatizm və düşməniçilik ünvanına, prezidentimizin dediyi kimi, müstəqillik adı ilə “zəhər yuvası”na dönmüşdü, nəinki 7 rayonun, bütövlükdə milli dövlətimizin altına qoyulan siyasi mina idi.

İlham Əliyevin liderliyi ilə qazandığımız parlaq Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də onun strateji səbri ilə 44 günlük Zəfərdən sonra ən azı iki əsrdə aparılan milli azadlıq hərəkatının ədalətli sonudur! Bəli, 90-cı illərdə SSRİ-nin dağılması ilə əldə etdyimiz müstəqillik natamam idi. 2020-23 cü illərdə Şuşa-Xankəndi yolunda ordumuzun qalibiyyət yürüşünün durdurulduğunu iddia edənlər, nəhayət, bir liderin strateji səbrinin və planlarının zirvəsini gördülər. İlham Əliyevin məqsədi təkcə torpaqların işğalına son qoymaq və ikinci erməni dövlətini iflasa uğratmaq deyildi. Unutmayaq ki, nə Osmanlı və Rusiya imperiyası, nə də şah İranı dövründə istər Qarabağ, istərsə də Azərbaycan indiki qədər azərbaycanlıların müstəsna sərəncamında olmayıb. Ölkəmizin yaxın, uzaq paytaxtlardan idarə olunması, o cümlədən, general-qubernatorlara tabe edirilməsi separatizmdən daha böyük işğal idi. Sovet hakimiyyəti yarananda Azərbaycan SSRİ-yə rəhbərlik edən qeyri-millətlərin təmsilçiləri Kirov, Mirzoyan, Qikalo, Polonski və Rubenovu bir daha xatırlayanda 2025-ci ilin Azərbaycanının daha nələrdən qurtulduğunu çox aydın görürük!

Beləliklə, Xankəndi Zəfəri təkcə ərazi və siyasi bütövlük hadisəsi deyil, həm də ermənilərin ərazini könüllü tərk etməsi ilə, İrəvanda hakimiyyət dəyişikliyi planlarına qoşulmaları səbəbindən Azərbaycanın çoxsərlik tarixində ilk dəfə, erməni məsələsi milli dövlət ərazimizdən kənara çıxarıldı. İndi İrəvanın taleyi Bakıda həll olunur. Bizə görə, əsil müstəqillik və milli azadlıq son 5 ildə qazandığımız qələbələrdir, İlham Əliyevsə təkcə Qarabağın deyil, həm də Azərbaycanın xilaskarıdır.

Xankəndi İqtisadi Zirvəsi Qələbəmizin legitmliyinin İran daxil 10 dövlət tərəfindən tanınmasıdır.

İki qlobal savaşın əhatəsində təhlükəsizlik adasına çevrilən ölkəmiz tarixində heç vaxt indiki qədər imperiya varisi olan dövlətlərin-Rusiya, qardaş Türkiyə və İran xalqının taleyini əmanət edəcəyi məkana çevrilməyib.

90-cı illərdə Şuşa, Laçın, ardınca 5 rayon itiriləndə Bakı meydanlarında bir-birinə “bəy” deyə müraciət edirdilər. İndi Xankəndində bütövlük bayrağımızı ucaldan lider millətimizin xanlıq və bəylik qürurunu geri qaytardığı üçün ən ali titula layiqdir!

Zahid Oruc,

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri