Torpaqlar sahiblərin razılığı ilə birləşdiriləcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə üçün ayrı-ayrı sahələrin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə “torpaqların konsolidasiyası” kimi təqdim olunan proses sahələrin birləşdirilməsini, bölünməsini, sərhədlərinin yenidən müəyyən edilməsini, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsini əhatə edir.
Bu proses nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi nəzərdə tutulur. Layihədə dövlət torpağının xüsusi mülkiyyətdəki torpaqla dəyişdirilməsinə dair qanunvericilikdə müəyyən edilmiş hallar üçün ayrıca istisna da göstərilir.
Ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklər həyata keçirilə bilər.
Layihədə torpaqların kiçik hissələrlə istifadəsinin azaldılması və birgə istifadənin təşviqi də yer alır. Bunun üçün konsolidasiya ilə yanaşı, kooperativləşmə və qonşu sahələrdə eyni bitkinin eyni aqrotexniki tələblərlə becərilməsini nəzərdə tutan vahid əkin üsulu göstərilir.
Baxış sayı:106
Bu xəbər 07 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















