Icma.az
close
up
RU
Toy biznesi çöküb Müğənniləri mollalar əvəz edir

Toy biznesi çöküb Müğənniləri mollalar əvəz edir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir vaxtlar Azərbaycanda geniş şəkildə inkişaf edən və böyük biznesə çevrilən şadlıq evləri indi tənəzzül dövrünə qədəm qoyur. 2000-ci illərin əvvəllərində paytaxtda və regionlarda çoxlu sayda şadlıq evləri tikilməyə başladı. Həmin illər Azərbaycanda toyların çox olması səbəbindən insanların böyük mərasimlər üçün şadlıq evlərinə olan tələbi yüksək idi. Şadlıq evləri toy mərasimlərinin keçirilməsi üçün ən uyğun məkanlar olmuş, yüksək gəlir gətirən bir sektora çevrilmişdi.

Lakin son zamanlar bu sahədə dəyişikliklər baş verməyə başlayıb. Qiymətlərin yüksəlməsi, rəqabətin artması və gəlirlərin azalması şadlıq evlərinin fəaliyyət istiqamətini dəyişdirmək məcburiyyətində qoyub. Diqqət yetirmisinizsə, indi şadlıq evləri nadir hallarda tikilir, hətta vaxtilə bu məqsədlə inşa edilmiş bəzi tikililər ya yarımçıq saxlanılıb, ya da təyinatı dəyişdirilib.

Toy biznesində böhranın müxtəlif səbəbləri var. Son illərdə Azərbaycanda toyların sayında əhəmiyyətli bir azalma müşahidə edilir. Toylar nigahla birbaşa bağlı olduğundan evlənmə sayının azalması bu sektora əhəmiyyətli təsir edib.

2000-ci ildən etibarən Azərbaycanda nigahların sayı davamlı olaraq artmağa başladı. Bir neçə il ərzində qeydə alınmış nigahların sayı 39 mindən 88 minə qədər yüksəlmişdi. 2011-ci ildə Azərbaycan tarixində nigahların sayı rekord vurdu – həmin il 88 145 nigah rəsmiləşdirildi.

Sonrakı illərdə nigahlar tədricən azalmağa başladı. 2020-ci il pandemiya və qapanmalar toy biznesinə ciddi zərbə vurdu. Həmin il Azərbaycanda 35 min nikah rəsmiləşdirilmişdi. Belə göstərici sonuncu dəfə 1971-ci ildə qeydə alınmışdı. Həmin il Azərbaycan əhalisinin sayı 5,2 milyondan bir qədər çox idi.

2021-ci ildən toylara müəyyən məhdudiyyətlər çərçivəsində icazə verilməsinə başlandı. Düzdür, nikahların sayı artdı, lakin əvvəlki tempə çatmadı və daha da azalmağa başladı. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 61 min nikah qeydə alındığı halda, 2023-cü ildə nikahların sayı 54 minə, 2024-cü ildə isə 49 minə düşdü.

Beləliklə, son 14 ildə Azərbaycanda nigahların sayı 45 faiz azalıb. Özü də bu azalma əhalinin sayının 10 faiz artdığı bir dövrədə baş verir. 2011-ci illə müqayisədə Azərbaycan əhalisi 1,1 milyon nəfər artıb.

Azərbaycanda hər gün orta hesabla 135 nigah rəsmiləşdirilir, lakin bu nikahların heç də hamısı böyük və dəbdəbəli mərasimlərlə yekunlaşmır. Azərbaycanda hər gün keçirilən 135 nikahın təxminən 100-ü şadlıq evləri və restoranlarda baş tutur. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda fəaliyyət göstərən şadlıq evlərinin sayı 600-dən çoxdur. Ancaq toy və şənliklər üzrə ixtisaslaşmış onlayn platformalarda yalnız 200-ə yaxın şadlıq evi xidmətlərini təklif edir. Bəzi şadlıq evlərinin bir neçə zalları var və  bu zalların hər biri eyni anda müxtəlif toy mərasimlərinə ev sahibliyi edə bilər. Belə olan halda, gündə keçirilən 100 toy bu şadlıq evləri arasında necə bölüşdürülür? Deməli, hansısa obyektlər toysuz qalır.

Şadlıq evinin administratoru Ramin Musayev bildirir ki, pandemiya bazarı əməlli-başlı çökdürüb. İndi əvvəllki illərdə olduğu kimi kütləvi toylar keçirilmir: “Əvvəllər ayın müəyyən günləri üçün əvvəlcədən rezervlər olurdu, indi artıq belə gərginliklər azalıb. Həm də toya gələnlər də azalıb. Əvvəllər toy sahibləri daha çox qonaq dəvət edərdilər. İndi ən yaxın və münasib bilinən qonaqlar dəvət olunur. Əlbəttə ki, menyü qiymətləri də burada rol oynayır. Təsəvvür edin, pandemiyadan əvvəllə müqayisədə toy menyularının qiyməti 2 dəfə artıb. Bunu toya adam çağıranların çoxu nəzərə alır”. 

Son illər artıq bu sahədə yeni meyllər müşahidə olunur. Vaxtilə toy biznesi yerini yas mərasimləri biznesinə verməyə başlayıb. Yas məclislərinin daha sadə və sivil formada keçirilməsi, bu sahədə yeni bir bazarın canlanmasına səbəb olub. Şadlıq evləri ilə müqayisədə mərasim evləri daha rəqabətqabiliyyətlidir. Bu obyektlərdə şadlıq saraylarında mövcud olan mövsümi məhdudiyyətlər və yüksək əməliyyat xərcləri yoxdur. Mərasim evləri, şadlıq saraylarının əksinə olaraq, Məhərrəmlik və Ramazan aylarında da fəaliyyət göstərir.
Eyni zamanda, mərasim evlərinin şadlıq saraylarına nisbətən əməliyyat xərcləri də daha aşağıdır. Şadlıq evləri böyük zallar və bahalı dekorasiyalarla təchiz olunduğu üçün onların əməliyyat xərcləri daha yüksəkdir. Bu isə qiymətlərin artmasına səbəb olur.

Bəzi şadlıq evləri artıq ticarət və xidmət obyekti kimi fəaliyyət göstərir. Əslində şadlıq evləri müxtəlif mağazaların və restoranların yerləşməsi üçün yaxşı bir məkandır. Geniş və açıq sahələr mağazaların yerləşməsi və müştərilərin rahat şəkildə alış-veriş etməsi üçün əlverişlidir.

Şadlıq sarayları yalnız toy mərasimləri üçün deyil, müxtəlif məqsədlər üçün də istifadə oluna bilən binalardır. Burada konfransr, seminar, təlimlər və işgüzar toplantılar keçirmək olar. Şirkətlər və təşkilatlar bu məkanlardan  korporativ tədbirlər, təqdimatlar və digər iş fəaliyyətləri üçün faydalana bilərlər.

Eyni zamanda,geniş mətbəxlər və yemək xidmətləri olan şadlıq evləri restoran və kafe kimi də fəaliyyət göstərə bilər.

Şadlıq evləri ticarət sahələri üçün də yaxşı imkanlar təqdim edir. Bu binalarda müxtəlif mağazalar və ticarət mərkəzləri açmaq mümkündür.

Böyük və açıq sahələr, həmçinin idman və sağlamlıq mərkəzləri üçün də ideal şərait yaradır. Fitness studiyaları, aerobika və yoqa dərsləri kimi fəaliyyətlər bu məkanlarda asanlıqla təşkil edilə bilər.

Şadlıq evləri sərgi və təqdimatlar üçün də geniş imkanlar yaradır. Burada konsertlər, teatr tamaşaları üçün də uyğun şərait mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri