Icma.az
close
up
RU
Toyuq əti BAHALAŞACAQ?

Toyuq əti BAHALAŞACAQ?

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Toyuq əti istehsal edən fabriklərinin topdansatış qiymətlərində artım yoxdur”.
Bu sözləri Bizim.Media-ya toyuq ətinin bahalaşmasına münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.
O, qiymətin tələbdən asılı olaraq arta biləcəyini bildirib:
“Toyuq ətinin qiymətinin artmayacağını düşünürəm, qiymətin qalxması üçün ən əsas səbəblərdən biri yemin qiymətinin qalxmasıdır. Yemin və digər kommunal qiymətlər qalxmadığı üçün toyuq ətinin bahalşacağını da gözləmirəm. Amma istənilən halda region dövlətlərdə toyuq ətinin qiymətinin qalxması hardasa az da olsa bizə təsir edə bilər. İstina etmədiyim hal budur”.
Sədr bir müddət öncə mağazalarda toyuq ətinin qıt olması məsələsinə toxunaraq bunu qıtlıq hesab etməyib:
“Mən toyuq əti ilə bağlı qıtlığa rast gəlməmişəm. Çünki istehsal fabrikləri ilə gündəlik əlaqə yaradıram, gündəlik istehsalda heç bir dəyişiklik yoxdur. Həmçinin, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə,  2026-cı ilin ilk yarım ilində 53 min ton toyuq əti istehsal olunub. 2025-ci ilin müvafiq dövründə bu 51 min ton olub. Yəni ötən illə müqayisədə 2 min ton da artıq istehsal var.
Bu qıtlığın haradan yarandığını bilmirəm.
Amma qırmızı ətin, yəni dana və qoyun ətinin qiymətinin qalxması toyuq ətinə tələbatı artırıb. Yəni bir təsiri budur. İkinci təsir isə turistlərlə bağlıdır. Sentyabrda ölkədə xeyli sayda turist oldu, bunun da az da olsa öz təsiri var. Üçüncüsü isə əhalinin tətildən dönməsidir. Biz hər il bunu gözləyirik. Sentyabrda qıtlıq olmasa da toyuq əti daha az tapılır, bol olmur”.
Qeyd edək ki, bir müddət öncə market və bazarlarda toyuq ətinin, xüsusilə, toyuq filesinin qıtlığı müşahidə olunub. Bəzi mağazalarda qeyd edilən məhsul ya olmayıb, ya da daha baha qiymətə təklif olunub. 
Günay Şahmar, Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Oktyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri