Tramp bu məsələyə töhfə verə bilər Kremldən AÇIQLAMA
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Kreml Trampın ABŞ prezidenti seçilməsinin Ukraynadakı vəziyyətə təsir edəcəyi məsələsinə reaksiya verib.
Sfera.az bildirir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O qeyd edib ki, ABŞ münaqişənin sona çatmasında əsas rol oynaya bilər.
“Biz dəfələrlə demişik ki, Birləşmiş Ştatlar bu münaqişənin sona çatmasına töhfə verə bilər. Bunu bir gecədə etmək olmaz. Lakin ABŞ bu məsələdə birbaşa iştirak etdiyi üçün onlar xarici siyasətlərində bu trayektoriyanı dəyişə bilərlər”, - Kremlin sözçüsü jurnalistlərlə söhbəti zamanı deyib.
O vurğulayıb ki, yeni prezidentin rəhbərliyi ilə ABŞ-nin xarici siyasətində dəyişiklik Ukrayna böhranının həlli prosesində müəyyənedici amil ola bilər.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















