Icma.az
close
up
RU
“Tramp cəsarətli insandır” Putin

“Tramp cəsarətli insandır” Putin

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ-nin 47-ci prezidenti seçilməsi münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, o, “Valday” Diskussiya Klubunun iclasında sualları cavablandırarkən ABŞ-də seçkilərin nəticələrini ilk dəfə şərh edib.
“Əvvəlcə hamı onun əsasən iş adamı olduğunu və siyasətdən az başa düşdüyünü deyirdi. Birincisi, onun sui-qəsd zamanı davranışı məndə yaxşı təəssürat yaratdı. O, cəsarətli insandır. Siyasətə gəlincə, ilk dönəmdə məndə belə bir təəssürat yarandı ki, o, hər tərəfdən təqib olunur və hərəkət etməyə icazə verilmir”, - Putin Tramp haqqında danışarkən deyib.
Rusiya Prezidenti qeyd edib ki, Tramp Ağ Evə qayıdanda nə baş verəcəyini bilmir:
“Ancaq indiyə qədər açıq şəkildə deyilənlər, Rusiya ilə münasibətləri bərpa etmək, Ukrayna böhranının sona çatmasına kömək etmək istəyi ilə bağlı deyilənlər, mənim fikrimcə, ən azından diqqətə layiqdir”.
Putin Trampı qələbə münasibəti ilə təbrik edib və Tramp belə bir əlaqəyə başlayarsa, ABŞ ilə təmasların bərpasına qarşı olmadığını bildirib:
“Ona zəng etməyim üçün ayıb olduğunu düşünmürəm. Mən sadəcə bunu etmirəm, çünki Qərb dövlətlərinin liderləri demək olar ki, hər həftə hansısa mərhələdə mənə zəng vururdular, sonra qəfil dayandılar. Yaxşı, istəmirlər, ehtiyac da yoxdur. Gördüyünüz kimi, biz yaşayırıq və yaxşıyıq, inkişaf edirik, irəliləyirik. Əgər onlardan hər hansı biri əlaqəni bərpa etmək istəyirsə, mən həmişə demişəm və bir daha demək istəyirəm - buna qarşı deyilik”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Noyabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri