Icma.az
close
up
RU
Tramp Çinə ciddi güzəştlərə getdi

Tramp Çinə ciddi güzəştlərə getdi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinə bir sıra ciddi güzəştlərə gedib. Bu qərar ticarət sazişi üzrə danışıqlar və Çin Sədri Si Cinpinin iştirakı ilə mümkün sammit fonunda münasibətlərin gərginləşməsinin qarşısını almaq məqsədi daşıyıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin yazdığına görə, Pekinin tələbinə uyğun olaraq, ABŞ nəinki Tayvanın müdafiə naziri Qu Lisyunun (həmçinin Vellinqton Qu kimi də tanınır) 2025-ci ilin iyununda səfərini təxirə salıb, həmçinin Tayvan Administrasiyasının rəhbəri Lay Tsindeni daha əvvəl avqust üçün ABŞ-yə planlaşdırılan qısa ziyarətləri ləğv etməyə inandırıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Tayvan lideri Latın Amerikasına işgüzar səfəri zamanı Nyu-Yorkda və Dallasda dayanaraq fasilə etməyi planlaşdırmışdı. Həmsöhbətlərdən biri qeyd edib ki, Tramp Administrasiyası adanın administrasiyasının rəhbərindən ABŞ-nin iri şəhərlərini ziyarət etməməyi xahiş edib.

"Onlar birmənalı şəkildə yox demədilər, lakin Lay Tsindenin ABŞ ərazisində dayanması ilə bağlı o qədər çox məhdudiyyətlər irəli sürdülər ki, aydın oldu - onlar bunu istəmirlər", - deyə nəşr mənbədən sitat gətirib.

"The Washington Post"un mənbələrindən birinin bildirdiyinə görə, Pentaqon bu yaxınlarda Tayvana hərbi yardım tədarükünə dair təklifini Ağ Evə təqdim edib, lakin cavab almayıb.

Nəşr qeyd edir ki, tənqidçilər, həmçinin Tramp Administrasiyasının süni intellekt üçün yarımkeçiricilərin Çinə satışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq istiqamətində addımlarından da narahatlıqlarını ifadə ediblər.

Xatırladaq ki, ötən gün Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərlə söhbəti zamanı ilin sonuna qədər Si Cinpinlə görüşməyə ümid etdiyini bildirmişdi.

"O (Si Cinpin) görüşmək istəyir və mən də görüşü səbirsizliklə gözləyirəm. Deyərdim ki, bu görüş ilin sonuna qədər baş tutacaq", - deyə ABŞ prezidenti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri