Tramp: “Ələ keçirdiyimiz İran gəmisində “xoşagəlməz hədiyyə“ olub“
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"ABŞ-nin ələ keçirdiyi İran gəmisi Çindən gələn "xoşagəlməz hədiyyə" daşıya bilərdi".
Moderator.az CNBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Dünən göyərtəsində nəsə olan bir gəmini ələ keçirdik. Heç də xoş olmayan bir şey. Ola bilsin ki, Çindən bir hədiyyədir, bilmirəm. Amma sözün düzü, təəccüblənmişəm. Mən elə bilirdim ki, bizim sədr Si Cinpin ilə qarşılıqlı anlaşmamız var", - deyə D.Tramp bildirib.
Eyni zamanda ABŞ lideri etiraf edib ki, müharibə zamanı belə hallar baş verir, ona görə də olanlara çox da təəccüblənmək lazım deyil.
Xatırladaq ki, Birləşmiş Ştatlar aprelin 19-da Oman körfəzində ABŞ-nin dəniz blokadasını yarmağa cəhd etdiyi iddia edilən İran yük gəmisini ələ keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















